II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
324
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
isə 12 səhifə həcmində nəşr olunurdu.//
Qəzetin yaradıcısı Azərbaycanın ilk qadın redaktoru Xədicə xanım Əlibəyova idi.
Qəzet Azərbaycan xalqına, sadə ev qadınlarına ünvanlandığı üçün dil məsələlərinə xüsusi önəm verir, dilçilik
problemlərinin aradan qaldırılması üçün bir növü savaşırdı. Ümumiyyətlə XX əsrin əvvəllərində şeir və nəsrdə qıvraq və dərin
bir dil istifadə edilirdi. Üsluba isə xüsusi diqqət yetirilirdi. Məqalələrdə daha çox sosial yönümlü, qadın azadlığı, təhsil alma
haqqları, cahillikdən qurtulma yolları axtarılmışdır.
Qeyd edim ki, qəzetdə rus dilində kəlimələr, hətta məqalələr də yer almaqdadır. Ərəb və fars dilində şeirlər və bununla
bərabər ərəbcə ayələr yazılmışdır. Eyni zamanda Osmanlı Türkcəsinə yaxın bir dil istifadə edilmişdir. Amma belə yazıları
daha çox qəzetə kənardan məktub, məqalə göndərənlər yazmışdır. Çünki, demək olar ki, qəzetin bütün nömrələrinin ilk
səhifəsində yazıların ana dilində, asand başa düşüləcək bir dildə yazılması xahiş və tələb olunmuşdur. Bütün bu xahiş və
tələblərə rəğmən qəzeti oxuyarkən bəzi kəlimələrin oxunuşunda çətinliklərlə qarşılaşdıq.
Məqaləmizdə “İşıq” qəzetinin 1911-ci il nəşrində istifadə olunan Osmanlı Türkçəsi kəlimələrinə diqqət edəcək, onların
işlənmə yeri və məqamına diqqət yetirəcəyik. Məsələn; Yarpaq- Yapraq; Kimi – gibi ; Mən-bən; Deyilik- Deyiliz; İndi-
Şimdi-İmdi; Yad-Yabancı və s. Qəzetdə bu kimi kəlimələr və ya hərf dəyişmələri kifayət qədər çoxdur. Qeyd edim ki,
məqalə 1911-ci ildə nəşr edilən İşıq qəzetinin bütün nömrələrinin əski əlifbadan çevrilərək işlənməsi əsasında
hazırlanmışdır.
Dostları ilə paylaş: |