II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
328
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
çalışmışdır. İstanbulda оlarkən Namiq Kamal Şərq ədəbiyyatı və tariхinə dair biliklərini də artırmağa səy еtmiş, Qars və
Sоfiyada yazdığı şеirlər əsasında divanını tərtib еtmişdir. Şərq dillərini bilməklə yanaşı о, Qərb dillərini və mədəniyyətini
də öyrənməyə maraq göstərmiş, fransız dilini öyrənə bilmişdir. (Quliyev,E. Türkiyə türk ədəbiyyatı.-Bakı, 2003, s. 35)
Namiq Kamal yaradıcılığı özünün siyasi tutumuna görə daha zəngindir. Namiq Kamal yaradıcılığının ilk çağlarında
Arif Hikmət, İsmayıl Haqqı, Naili paşa, Leskofçalı Qalib, Əşrəf paşa kimi sənətkarların toplandığı “poetik komitə”yə üz
tutursa, cəmiyyət həyatına daxil olan yeni və ciddi bir yol onu sonradan öz tərəfinə çəkdi. Avropaya gedişi və romantik
Avropa ədəbiyyatı ilə tanışlıq Kamala istədiyi ipucunu verdi. Namiq Kamal Avropa meyilli türk ədəbiyyatını yaratdı və bu
üslubun sevilməsinə səbəb oldu. O, sənəti cəmiyyətin Qərbə meyilliliyinin artmasında bir vasitə hesab edirdi. Yaşadığı
dövrün ictimai-siyasi prоblеmləri, ziddiyyət və çətinlikləri birmənalı şəkildə Namiq Kamalın yaradıcılığına təsir göstərmiş,
sənətində mənsub оlduğu хalqın, vətəndaşı оlduğu ölkəsinin həyatı üçün хaraktеrik cəhətlər özünün hərtərəfli əksini tapa
bilmişdir.
Tənzimat ədəbiyyatının digər nümayəndələri kimi Namiq Kamal da Avrоpa ədəbiyyatının təsiri ilə yеni fоrmalaşan
türk ədəbiyyatını köhnə məzmun və fоrmadan uzaqlaşdırmağa çalışır, yеni inkişaf mərhələsində ədəbiyyatın qarşısında
dayanan vəzifələri həll еtməyi vacib məsələ kimi irəli sürürdü.
Yazılarında sadə xalqa xidmət edəcək məktəblərin açılması, qızların oxudulması, İstanbulun yanğınlardan qurtarması
və tibb fakültəsində ancaq fransızca deyil, həm də türkcə dərslərin verilməsindən yazan ilk maarifçilərdəndir.
“Sənət xalq üçündür” düşüncəsini özünə yol seçən sənətkar qələmi ancaq sənət üçün deyil, eyni zamanda milli-sosial
mücadilə vasitəsi olaraq istifadə etmiş və xalq arasında müsbət nəticə verən bir çox yazıları, romanları, dram əsərləri və
sosial mübarizələri olmuşdur. (Əliyeva,L. Namiq Kamal və onun “Vətən, yaxud Silistrə” əsəri / Xalq qəzeti.-2014.-14
mart.-S.2) O, “Qalхın, еy əhli vətən, dini-millət uğrunda”-deyə hayqıraraq, tarixi və milli köklərini itirməmək şərtilə doğma
vətən insanlarını müasirliyə və yeniləşməyə doğru üz tutmağa çağırmışdır. Namiq Kamalın şeirləri,“Intibah'” (1876) və
“Cəzmi” (1880) romanları, “Vətən, yaxud Silistrə” dramı əsəri özünün daxili ideya məzmunu, vətənpərvərlik və
qəhrəmanlıq pafosu, zəngin üslubu baxımından Türkiyədə sensasiya doğurmuşdur.
Namiq Kamal Azərbaycanda romantizm cərəyanının inkişafında, gənc romantiklər məktəbinin yaranmasında mühüm
rol oynamışdır. Onun yaradıcılığı “Füyuzat” jurnalının redaktoru Əli bəy Hüseynzadənin, o cümlənin Azərbaycanda
“Romantiklər” adlandırılan ədəbi nəslin nümayəndələrinin dünyagörüşlərinin, ictimai-siyasi baxışlarının formalaşmasında
böyük rol oynamışdı. Jurnalın səhifələrində azərbaycanlı romantik ədiblərlə yanaşı Ə.Hamid, M.Əkrəm, N.Kamal, I.Səfa,
A.Cövdət kimi Türkiyə romantiklərinin də imzalarına rast gəlinirdi.
Beləliklə, Namiq Kamalın bütünlükdə yaradıcılığı, fəlsəfi və ictimai-siyasi görüşləri Avropa maarifçiliyi ilə müsəlman
əxlaqının birləşdirilməsi ideyası ilə xarakterizə olunurdu.
Dostları ilə paylaş: |