44
yihəçilərin, konstruktorların, arxitekturların, memar-
ların və s. fəaliyyətinin avtomatlaşdırılması üçün nə-
zərdə tutulur. Onların əsas funksiyası mühəndis he-
sabatlarının, qrafik (çertyoj, sxem, plan) və layihə
sənədlərinin, layihələndirilən
obyektlərin modelləş-
dirilməsi və s. aiddir.
- inteqrasiya olunmuş (korporativ) İS – şirkətlərin ək-
sər funksiyalarının avtomatlaşdırılması üçün istifadə
olunur, layihələndirmədən tutmuş satışadək bütün
fəaliyyət dövrünü əhatə edir.
İnformasiyanın istifadəsi xarakterinə görə:
- informasiya-təhlil sistemləri – müəyyən alqoritmə
görə informasiyanın emalı (təhlili) əməliyyatlarını
həyata keçirir. Bu növ sistemləri iki sinfə bölürlər:
idarəedici və məsləhətverici İS;
- informasiya-axtarış sistemləri – informasiyanın daxil
edilməsi, sistemləşdirilməsi, saxlanılması, istifadə-
çinin sorğusuna görə informasiyanın tapılıb
veril-
məsi funksiyalarını yerinə yetirir. Bura kitabxana-
larda, dəmiryolu vağzallarında və hava limanlarında
reallaşdırılan bilet satışı üzrə informasiya-axtarış
sistemlərini aid etmək olar.
Ənənəvi faktoqrafik və sənədli AİS-lərdə, bir qayda
olaraq, müxtəlif kriterilərə (sorğulara) görə axtarışı həyata
keçirən mexanizmlər reallaşdırılmış olur. Belə sistemlərdə
saxlanılan informasiyanın axtarılması, götürülməsi və
emalı həmin sistemlərin daxili imkanları hesabına həyata
keçirilir. Ona görə də bir çox
hallarda belə sistemləri
informasiya-axtarış sistemləri
adlandırırlar.
Aydındır ki, faktoqrafik AİS-lər, əsasən, nəzərdə tutul-
muş şəxslər və ya təşkilatlar tərəfindən istifadə olundu-
ğuna görə sistemdə saxlanılan və emal olunan məlumatla-
45
rın strukturu, reallaşdırılan sorğuların formatı, dialoqun
forması, axtarış mexanizmləri və s. onun istifadəçilərinə
əvvəlcədən məlum olur. Belə sistemlər
gündəlik fəaliy-
yətdə iş prosesində istifadə olunur.
Sənədli AİS-in istifadəçilərinin kateqoriyası və kontin-
genti əvvəlcədən dəqiq bəlli olmadığından onlarda bu sis-
temlərin iş prinsipləri, saxlanılan və emal edilən informa-
siyanın məzmunu, strukturu və xarakteri, eləcə də sorğu-
ların formalaşdırılması və axtarışın aparılması mexa-
nizmləri və s. barədə dəqiq məlumat olmaya bilər. Ona
görə də bu növ informasiya
sistemlərinin iş prinsipi, axta-
rış imkanları və s. haqqında məlumat onun istifadəçilərinə
qabaqcadan çatdırılmalıdır. Əksər hallarda belə sistemlər-
də istifadəçilərə kömək modulu reallaşdırılır.
Sənədli informasiya sistemləri internet şəbəkəsinin
bazasında da müvəffəqiyyətlə yaradılır və fəaliyyət göstə-
rirlər. Nümunə qismində klassik sistemlər kimi tanınan
Gopher, Wais, Archie, Whois, FTP, Listserv və digər in-
formasiya-axtarış sistemlərini göstərmək olar.
Bundan əlavə, hal-hazırda
mövcud olan bütün faktoq-
rafik və sənədli avtomatlaşdırılmış informasiya sistemləri,
praktiki olaraq, tədricən internet şəbəkəsinə qoşulur və
ümumi istifadə ehtiyatları kimi təşəkkül tapırlar. Burada
şəxsi, kommersiya və digər məxfi xarakterli informasiya
bazaları istisna təşkil edirlər. Əgər bu cür avtomatlaşdırıl-
mış informasiya sistemləri internet şəbəkəsinə qoşulursa,
onda onların qorunması üçün əlavə tədbirlərin görülməsi
tələb olunur. Belə ki, bu sistemlərə giriş ciddi
parol və di-
gər təhlükəsiz daxilolma üsulu vasitəsilə təmin edilməlidir.
Web-texnologiyanın, o cümlədən HTML (HyperText
Markup Language – hipermətnlərin təqdim edilməsi dili)
dilinin və HTTP (HyperText Transfer Protocol) protoko-
46
lunun meydana gəlməsi ilə əlaqədar internetdə ilk olaraq
informasiya axtarışı imkanları olmayan sənədli informa-
siya sistemləri yaranmağa başladı. Belə sistemlər, əsasən,
böyük həcmdə informasiya ehtiyatlarını özündə saxlayır,
onları istifadə etməyə, baxmağa, köçürməyə və çap etmə-
yə, bir informasiya ehtiyatından
digərinə keçməyə imkan
verir.
Bu növ sistemləri sadəcə
internetin informasiya sis-
Dostları ilə paylaş: