sanitar qovşaqları olan mərkəzin ümumi sahəsi 2300 kvadrat metrdir. Azərbaycanın
Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən
rayonlarını əhatə edən Şimal-Qərb Regional Mərkəzi 2 idarədən, 15 şöbə və bölmədən,
həmçinin xilasetmə hissəsindən ibarətdir. Almaniyanın “Mersedes”, “Kat”, Fransanın
“İveqa”, İngiltərənin “Range Rover”, Yaponiyanın “Nissan”, Rusiyanın “KaMAZ”,
Belarusun “Amkador”, Koreyanın “Hunday”, Türkiyənin “Otoyol” və digər markalı
texnikalı avtomobillər, eləcə də xarici ölkə istehsalı olan müxtəlif ölçülü generatorlar, su
nasosları, kompressorlar, qaynaq aparatları, gecə işıqlandırma sistemləri,
müxtəlif ölçülü
səyyar hava çadırları regional mərkəzin sərəncamındadır. Qəbələdə istifadəyə verilən
mərkəz regionda baş verə biləcək fövqəladə hadisələrin, təbii fəlakətlərin (sel, qar uçqunu,
torpaq sürüşməsi, meşə yanğınları və s.), texnogen hadisələrin baş verməsi zamanı
xilasetmə əməliyyatları ilə məşğul olacaq, eləcə də tikinti, dağ-mədən təhlükəsizliyi ilə
bağlı müvafiq obyektlərə rəy verəcək. Eyni zamanda regionda baş verə biləcək uçqunlar,
körpülərlə bağlı fövqəladə hadisələrə aid önləyici tədbirlərin
görülməsi də mərkəzin
fəaliyyət prinsiplərinə daxildir.
Rayonda yol və körpü tikintiləri sahəsində də böyük işlər görülüb. Ərazisindən çoxlu
dağ çayları keçdiyindən həm yolları bərbad vəziyyətdə idi, həm də sel daşqınları
nəticəsində kəndlər arasında əlaqələr çətinləşmişdi. Prezident İlham Əliyev siyasətinin
əsas tərkib hissələrindən biri də əhalinin rahatlığı və təhlükəsizliyi üçün ölkədə gedən yol
infrastrukturunun qurulması layihələri bu rayonda da uğurla davam etdirilir. Respublika
və yerli əhəmiyyətli yollar salınıb, 4 böyük körpü tikilib. Yüzlərlə kilometr yol təmir və
bərpa edilib. Qaraçay üzərində salınan Abrıx körpüsündən sonra çayın digər nöqtələrində
də tikinti (körpü) nəzərdə tutulub.
Dəmiraparan çayı üzərindəki təzə körpünün əhatə dairəsi daha genişdir.
Körpünün
uzunluğu 150, eni 7 metrdir. Körpü ilə paralel 10,5 metr hündürlüyündə piyada keçidi də
tikilib. Körpü və keçidin ümumi layihə-smeta dəyəri 6 milyon manatdır. Körpü üçün 220
metr uzunluğunda bənd, su nizamlayıcı qurğular, 650 metr sahilbərkitmə bəndləri də
tikilib.
Seldən mühafizə məqsədi ilə ayrı-ayrı yerlərdə bir neçə ildir ki, bəndləşmə prosesi
aparılır. Dağ çaylarının kənarına sahilboyu hasarlar çəkilir. Bu da o deməkdir ki, indi
rayonun özü və kəndləri üçün daşqın təhlükəsi artıq dəf edilib...
Bu gün rayonda turizm müəssisələri də artıb. Nəticədə ildən-ilə insan axını ilə
qarşılaşan şəhərdə istifadəyə verilən hotellər də beynəlxalq səviyyədə tanınan
mehmanxanalar cərgəsinə aiddir. Füsunkar görkəmi olan şəhər turizmdən də gəlir götürür.
İndi şəhərdə turizm və hotelçilik üzrə xüsusi məktəb açılıb. Burada təhsil alan gənclər bir
neçə dil üzrə biliklər də əldə edəcək və gələcəkdə turizm müəssisəsi üçün hazır
mütəxəssis olacaqlar. Hələki bu sahədə kadr ehtiyacı hiss olunur və ona görə beşulduzlu
hotellərdə işləmək üçün xarici ölkələrdən gələn səriştəli işçi qüvvəsinə üstünlük verilir.
Yaxın gələcəkdə bu məktəbdə yerli mütəxəssislər hazırlanacaq. Müasir avadanlıqlarla və
kompüter sistemi ilə təchiz olunmuş bu tədris mərkəzində yaşından asılı olmayaraq 400-
dən artıq insan təhsil ala bilər. Tədris mərkəzində qızlar və oğlanlar üçün ayrıca
yataqxanalar da var.
Hazırda Qəbələdə hündürmərtəbəli binaların inşasına başlanıb və burada çalışmaq
üçün işçi qüvvələri artıq kənardan gətirilir. Fərdi evlərin tikintisi də sürətlənib. İndi
dəbdəbəli evlərin sayı günü-gündən artır. Şəhərin yeni su və kanalizasiya xətti çəkilir.
Kənd təsərrüfatı sahəsində də inkişaf nəzərə çarpır. Mövsümü vaxtı geniş ərazilər taxıl
zəmilərinə çevrilir. Yol boyu qarşıya çıxan taxıl biçən aqreqatlar, kombaynlar kəndliyə
yaradılan şəraitdir. Hektarlarla əkin sahələrindən məhsul götürülür. Əlamətdar
hadisələrdən biri də son illər rayonda taxıl zəmilərinin çoxalmasıdır. Aqro-Azərinvest
MMC ərazidə üzümçülüyün inkişafına zəmin yaradıb. İndi spesifik ərazilərdə üzümlüklər
salınır və bu məhsul da yerindəcə əhalidən alınacaq. Qəbələdə istehsal
edilən şərablar həm
də beynəlxalq ixracat üçün nəzərdə tutulub.
Görüləcək işlər, həyata keçiriləcək layihələr həddindən artıq çoxdur. Təbii ki, bu da
ölkə iqtisadiyyatının gələcək inkişafına işarədir. Bir sözlə XXI əsrin əvvəllərində
prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi Qəbələdə əhalinin yaşayış
səviyyəsinin yüksəlişinə səbəb olub...
Rayon Tarix diyarşünaslıq muzeyi bu gün haqqında müfəssəl məlumatları özündə əks
etdirən ən qiymətli sənəd məbədi sayılır. Bu muzeyi seyr edən hər bir vətəndaş təkcə
Qəbələnin tarixindən xəbər tutmur, eyni zamanda buranın uzaq və yaxın keçmişi ilə
bərabər, bu gününü də görür, təbiəti ilə tanış olur, ədəbi mühitindən, yazarlarından soraq
alır. Hər eksponat müəyyən dövr tarixini xatırlatdığından
onun mühafizəsi, ən əsas da
nümayişi tarixin bəzi anlarını açıqlasa da, müasir Qəbələnin bugünkü günü də apaydın
hiss olunur. Burada elm xadimlərindən, əmək qəhrəmanlarından, təbiətinə xas olan
heyvanat aləmindən tutmuş, bitki örtüyünədək nə istəsən öyrənmək mümkündür… Yaxın
gələcəkdə Umnisə, Yusif, Vahid və İbrahim Musabəyovların Xatirə muzeyinin açılışı
nəzərdə tutulur...
Abrıx. Hazırda 700 nəfər əhalisi olan bu dağ kəndi bağlı-bahatlı məskənlərdən sayılır.
Abrıx naməlum toponimlərə aiddir. Lakin toponimika üzrə alim Elxan Nuriyev yazır
ki, keçən əsrə aid ədəbiyyata görə Abrıx Tikanlı kəndindən yaranmış yaşayış
məntəqəsidir. Maraqlıdır ki, IX əsr ərəb coğrafiyaşünasının əsərində (bu şəhərin
xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır.) Abrik adlı qalanın
mövcud olduğu göstərilir. Güman edilir ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə
ilə, bəlkə də monqolların XII əsrdə basqınları ilə əlaqədar olaraq dağıldıqdan sonra
əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər...
Bu ərazi də ucqar yerlərdəndir və uzun illərdir ki, yağış suları, sel axıntıları ilə bol olan
Qaraçay kənddə təhlükəli vəziyyət yaradırdı. Hazırda dövlət
tərəfindən sahilbərkitmə
işləri aparılıb, çayın qarşısında möhkəm özülü olan hündür bənd çəkilib. Qaraçay üzərində
134 metr uzunluğunda körpü salınıb və açılış mərasimində İlham Əliyev cənabları da
iştirak edib.
Dostları ilə paylaş: