Йапонийа сяфярнамяси
219
Şahina, baş vura bildim Yaponun tarixinə,
On gün ərzində neçə illəri gördüm-gəldim.
Bakı, 4 mart
5 mart. «Azərbaycan» sözündəki «can» sonluğunu
onun önünə də yönəldirəm. Can Azərbaycan! Sənə yaz-
dığım şe’rlər çoxdur.
Kim əgər hüsnünə gündən-günə heyran deyil,
Surəti insana bənzərsə də, insan deyil.
Xaliqin gör nə qədər gül bitirib qoynunda,
Amma, çox sevgili var qoynu gülüstan deyil.
Vəslinə kim ki, yetir, rahət olur aşiq tək,
Heç deyən varmı vüsalın mənə dərman deyil?..
Dağların var döşün üstündə, gəlir can vəcdə,
Gəlməyən vəcdə əgər var isə can can deyil.
Elə məşhur eləyibdir, gözəlim, sinə səni
Sinəsi hər gözəlin sən kimi əlvan deyil.
Gözlərindirmi sənin mavi Xəzər, göy Göygöl?
Gözünə baxsa o kimdir sənə heyran deyil?
Elə təsvir elədim mən ki yaranmaz şübhə,
Kim deyər, Şahina, bu – Azəribaycan deyil?
Dostları ilə paylaş: |