Йапонийа сяфярнамяси
221
Axtarışdır,
Tapıntıdır,
Fikirdir!
17.03.2001
(«İkinci Divan», səh 645)
Fikirləşdim və axtardığımı tapdım.
Qəzəl
Hər nə qədər Qeys, Kərəm görmüşəm,
Hər birisində neçə qəm görmüşəm.
Ey adı Leyla, ya Züleyxa olan,
Siz təhəri çoxlu sənəm görmüşəm.
«Söylə, ey Əsli, nə yaman gündəsən?!..»
Söylədi: «Eşq içrə sitəm görmüşəm».
Aləmi eşqin necə bərbad imiş!..
Eşqdə çox dərd, ələm görmüşəm.
Mən verirəm dərvişə üstünlüyü,
Onda nə sərvət, nə hərəm görmüşəm.
Sözlərimi çoxları təsdiq edir,
Kürd, ərəb, türk, əcəm görmüşəm.
Ölkəmə tay görməmişəm, Şahinə,
Gərçi Yapon mülkünü həm görmüşəm.
Dostları ilə paylaş: |