37
Quluzadə diplom işi yazdı və onu müvəffəqiyyətlə
müdafiə etdi. Rəşad hələ tələbə ikən Tokioda çap olunan
«Yapon dili və mədəniyyəti sahəsində xarici ölkə
tələbələrinin tədqiqatları» jurnalında (Tokio Xarici Dillər
Universitetinin Tədqiqatlar jurnalı, Tokio, 2005) «Şahin
Fazilin haykularını Azərbaycan haykusu adlandırmaq
olarmı?» adlı elmi məqalə ilə çıxış edərək, mövzu üzrə
verdiyi suala «hə» cavabını bildirdi. Məqalənin bə’zi
yerlərindən hissələr:
«Azərbaycanda hayku deyilən bir janr yox idi,
azərbaycanlıların hayku haqqında olan mə’lumatları yalnız
rus dilinə tərcümə edilmiş yapon haykuları vasitəsi ilə
idi...
...Azəri haykularında da, digər xarici ölkələrin
haykuları kimi, yapon haykularının 5+7+5 heca sayı
qanununa riayət olunmur. Bu, məhz o səbəbdəndir ki,
yapon dilinin heca quruluşu ilə Azərbaycan dilinin heca
quruluşu çox fərqlənir. Lakin, misralardakı hecaların
ümumi sayı yapon haykularında olduğu kimi 17-dir:
Tək qalmışam. Evimə qonaq gəlib təklik Gəlin kimi.
Burada 1-ci misrada 4 heca, ikinci misrada 9, 3-cü
misrada isə 4 heca var, ümumilikdə isə 17 hecadır...
... Yapon haykularındakı «ya», «kana», «ker» və s.
kimi ayırıcı hissəciklər azəri haykusunda olmasa da, onları
əvəz edən, onların vəzifəsini yerinə yetirən (-), (.), (!), (,),
(:), (...) kimi işarələr var. Məsələn:
Şahin Fazil
38
Külək – Olmasa əsməz, əsməsə görünməz, Ey yaradan! Bahar... çiçək yağışı... Budaqlar Doğmağa hazırlaşır.
Bu haykulardakı «-», «...», «!» işarələri yapon
haykularındakı ayırıcı hissəciklərin vəzifəsini yerinə
yetirir...
...Azəri haykularında da «mövsüm sözləri» kimi
adlana biləcək sözlər var. Məsələn:
Qar Yorğan kimi örtdü damı, Elə bildi ki, qızdırır.
... Şahin Fazilin haykularının mövzuları müxtəlif-
dir, böyük hissəsini «sevgi», «tənhalıq», «ölüm», «kədər»
və «təbiət» mövzularında olan haykular tutur: