Ayaq üstdə
Günlərimin çoxunu mən
keçirmişəm
ayaq üstdə.
Heç təsəvvür eləməzdim
neçə-neçə məsafəni
keçərmişəm
ayaq üstdə.
Yazanda da gəzən mənəm,
Ayaqlarım nə qədər ki, gəzir yeri –
Yerölçənəm.
Minnətdaram ayağıma,
Qorxutmayır yaxın məni,
uzaq məni.
Йапонийа сяфярнамяси
47
Durğunluqdan, ətalətdən
Uzaq edir ayaq məni.
İstəmirəm sükunətdə
günüm ötə.
Günlərimin çoxunu mən
Keçirmişəm ayaq üstdə.
Lap ölümün önündə də
Diz çökmərəm hələm-hələm,
Öləndə də gərək öləm
Ağac kimi,
Ayaq üstdə.
(Bax: Yenə görüşərik,
Bakı, 1989, səh.23)
Hələ uçuşa çox var. Vaxtı öldürmək gərəkdi.
Mənim nəzərimdə adam öldürənlə vaxt öldürənin hər ikisi
qatildir. Mən bu saatlarda, bu qərib ölkədə, bu tranzit zalda
qatil olmuşdum. İndi başqa çarəm yoxdu. Vaxtı öldürmək
gərəkdi. Hələ 11 saat gözləməliyəm. Mən indi vaxt
öldürən olmuşam. Mən vaxtımı öldürürəm. Mən hal-
hazırda qatiləm.
Hayku
Kimsə adam öldürür,
Kimsə vaxt –
Hər ikisi qatildir!
Kitab
oxumağa
başladım.
V.Pronnikov
və
İ.Ladanovun «Yaponlar» kitabını yenidən əlimə götürdüm.
Müəlliflər yazırlar: «Müasir Yaponiya Asiya qit’əsinin
Şahin Fazil
48
şərq sahilindən şimaldan cənuba doğru uzanan arxipelaq
üzərində yerləşir. Onun əsas adaları: Şimalda – Hokkaydo,
mərkəzdə Honsyu və Sikoku, cənubda – Kyusyu.
Bunlardan başqa orada 3 mindən çox kiçik adalar vardır.
Sahəsi 400 min kv. km., əhalisi 120 milyon nəfərdir» (bax:
Yaponlar, səh.3-4).
Əlbəttə, Yaponiya əhalisinin sayı hazırda daha
çoxdur zənnindəyəm. Axı, «Yaponlar»ın yazılmasından 15
il vaxt ötmüşdür.
Gözlərim yoruldu. Gözlərin yorğunluğunu azaltmaq
üçün kipriklərimi qapadım. Çox səfərlərdə olmuşam.
Amma, düşünürəm ki, bu uzaq səfər üzəcək məni.
Yorğunam. «Yaponlar»ı qapayıb dəftərimi açdım,
qələmimi götürdüm. Narahatlığımı ifadə edən və
«Yaponiya səfərnaməsi» silsiləsindən olan birinci şe’rimi
yazdım:
Rica
Kömək et, dəyməsin cəhd oxum daşa,
İlahi, qalmasın ürəyimdə kam.
Yapon səfərini vuraraq başa
İnşallah vətənə qayıdasıyam.
Məni dözümlü et, yolumu nurlu,
O nurlu yolla da obama dönüm.
Qoy Yapon səfəri ola uğurlu,
İlahi, et kömək yuvama dönüm.
Baharı mümkünsə ömür qışının
Bu uzaq səfərdən mənə dönüş yaz.
Yuvası Bakıdır Şahin kişinin,
Şahin quşununsa yuvası olmaz.
|