(Üçüncü Divan,
səh. 485-486)
Bəli, bu gün, elə burada bu tranzit zalında
yuxarıdakı şe’rimi yaratdım: «Rica» şe’rimi...
Йапонийа сяфярнамяси
53
Saat 14. Saat 15. Saat 16. İlahi, dözüm ver mənə.
Hayku
Ey vaxt, get,
Ey vaxt, get,
Ey yar gəl ki, vaxt getməsə gəlməzsən.
(Üçüncü Divan, səh.
1023)
Saat 17. Saat 18. Görəsən darıxmaqdan ölmək
olarmı? Ölmərəm ki? Qərib yerdə, özü də tək, tənha.
Vaxtın ləng ötməsi barədə elə bu dəm ləngimədən bir
başqa hayku yazdım:
Hayku
Dəqiqələrin
Ayaqları ləng –
Daş sallanıb onlardan.
Nəhayət olduqca məlahətli bir qadın səsi eşitdim
(mən bu saat lap şeytanın da səsini «məlahətli qadın
səsinə» bənzədərdim): «Tokioya uçan SU-583-cü reysin
sərnişinlərinin
qeydiyyatı
18-ci
çıxış
yolunda
başlanacaqdır». Sağ olun, ey qeydiyyatçılar, var olun. Tez
qeyd eləyin bizi, oturaq təyyarəyə, uçaq Yaponiyaya.
Amma, yamanca qar yağır. Cənubi Azərbaycan şairi Mirzə
Əli Möcüz demişkən:
«Görəsən göydəki ambardə qar var, ya yox?»
Şahin Fazil
54
Yəqin ki çox qar var. Yağır ki, yağır...
Təyyarənin uçuşu yarım saatdan da çox gecikdi.
Nəhayət ki, təyyarədəyik. Nəhəng bir təyyarə. Olduqca iri
bir dəmir quş. «Dəmir quş»un içərisindəyik. Mixaildən
(bortprovodnik) soruşdum:
-Bu nə təyyarədir belə?
Cavab verdi: - Aerobusdur.
Dedim: - Harada düzəldiblər?
Dedi: - Fransada.
Dedim: - Maşallah!
Görəsən, bir də haçansa, aerobus demirəm, heç
olmasa bapbalaca təyyarə düzəldə biləcəyikmi? Yadıma
böyük şairin kiçik bir şe’rinin bu misraları düşdü:
«Özgələr qoy paravoz, ya gəmi icad eləsin,
Biz verib pul, minərik, yol gedərik rahət ilə».
Aerobus nə aerobus! Həm görünüşünə, həm də
sərnişin tutumuna görə olduqca əzəmətli bir hava gəmisi.
Yaponiyaya uçarkən belə aerobus Bəkir müəllimin
də diqqətini cəlb edib: «Səfərimiz davam edirdi. Ertəsi
gün, Yaponiya hava xətləri şirkətinə məxsus «Boinq -
743» təyyarəsi ilə Sapporoya yola düşdük. Təqribən 500
sərnişin tutan üç hissədən ibarət böyük teatr salonunu
xatırladan bu təyyarədə ilk dəfə uçmaq, yol boyu
televiziya ilə göstərilən filmlərə baxmaq, yaxud qulaq
radiosu ilə gözəl yapon xalq musiqisini dinləmək, əlbəttə,
maraqlı idi. Lakin, bir ildə «Boinq» markalı Amerika
təyyarələrinin bir neçə dəfə qəzaya uğradığını, çoxlu
|