Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


(Əllərini ver mənə, səh.47-48)



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə42/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   38   39   40   41   42   43   44   45   ...   166
(Əllərini ver mənə, səh.47-48) 
 


  Йапонийа сяфярнамяси 
 
 
57 
Xəyalım şe’rdə, nəzərim monitordadır. 
Tokionun  «Narita»  adlanan  aeroportuna  çatanadək 
aerobusumuz  bu  yerlərin  üzərindən  keçir:  Kostroma, 
Voloqda, Sıktıvkar, Yekaterinburq, Uxta ilə Perm arasında 
yerləşən  Ural  dağları,  sonra  Qərbi  Sibir  düzənliyi, 
Novosibirsk,  İrkutsk,  Xabarovsk,  oradan  şimalda  Curcur 
dağları və Tatar boğazı... Ada bax ha-Curcur. Boğaza bax 
ha  –  Tatar!  Yəqin  ki,  bu  yerlərdə  qədimlərdə  türklər 
yaşayıblar (Oljas  Süleymenovun çoxdan oxuduğum «Az i 
ya» kitabını bir də nəzərdən keçirməliyəm). 
Maqadan şimalda qaldı. «Maqadan» dedim, yadıma 
Cəmaləddin  düşdü.  Qohumum  Cəmaləddin.  13-14  yaşım 
vardı.  Cəmaləddin  günlərin  bir  günü  Qubaya  gəldi. 
«Müharibədə itkin düşənlər» siyahısındaydı onun adı. Sən 
demə,  itkin  deyilmiş,  Maqadandaymış.  1953-cü  ildə  gəlib 
çıxdı 
Azərbaycana, 
Qubaya. 
Yaman 
«vurandı». 
Qohumlarım  İmrana,  Tariyelə,  kiçik  qardaşım  Nərimana 
və  mənə  çaxır  içmək  öyrətdi.  Özü  isə  spirt  içirdi.  96 
dərəcəli  spirt.  Çox  içdiyi  üçün  çox  tez  öldü.  Biz  isə  çox 
içmədik. Doğrudur, İmran da, Tariyel də, Nəriman da çox 
yaşamadılar.  Əməkdar  İncəsənət  xadimi  İmran  Xəlilov, 
əsgərlikdən  sonra  Özbəkistanın  Nəvai  şəhərində  ömür 
sürən  Tariyel  Zeynalov  və  mənim  müstəntiq  qardaşım 
Nəriman  Fərzəliyev  çoxdan  Allah  rəhmətinə  qovuşublar. 
Mən  isə,  hələ  ki,  sağam  və  hazırda  Yaponiyaya 
uçmaqdayam. Şükür sənə İlahi: 
 
Hər yanan sönməlidir, sönməlisən, ey Şahin, 
Əriyib şam təhəri söndü Nəriman da belə

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin