Məni mə’na da düşündürmədədir, surət də, Verirəm qiyməti həm surətə, həm mə’nayə.
Lakin, nəzərimcə, mə’na daha üstün keyfiyyətə
malikdir:
Ürəyim öylə böyük ki, demə əsla balaca. Edirəm zənn ürəyimdən hələ dünya balaca. Şahinin şe’r bağında neçə mə’na gülü var, Kaş ounun olmaya şe’rindəki mə’na balaca. (İkinci Divan, s.14)
Yaponiyada, məncə, mə’na ilə surət həmahəngdir.
Saat 18 oldu. Şaiq otağıma gəldi. II mərtəbəyə
endik. Professorlar Hiroki Oka və Takaşi Kuroda ilə
üzbəsurət ilk tanışlıq. Dünən Senday şəhərinə gəlmiş
professor, tarix elmləri doktoru Vaja Kiknadze də
yanlarındaydı. O, Gürcüstan Elmlər Akademiyası Tarix
İnstitutunun direktorudur.
Cənab Oka bizi restorana də’vət etdi. Uzağa
getmədik. Restoran elə bu oteldə idi.
Restoran. Stolun üstünə müxtəlif qəlyanaltılar
düzülmüşdü. Balıq məhsulları üstünlük təşkil edir:
balıqqulağı qurdu, xərçəng, meduza buynuzları, çiy balıq
əti, meygu (krevetka) və s. Çiy balıq ətindən bir az
dadmalı oldum. Bizlər belə yeməklər yeməmişik. Yazığım
gəldi xərçənglərə, ilbizlərə... (Yadıma vyetnamlıların
Şahin Fazil
70
«Dənizdə gəmidən başqa hər şey yeməlidir» deyimi
düşdü).
Mən – insaflının biri, Qınamayın şairi, Xərçəngi qızardırlar Yaponlar diri-diri... İlbizə bax, ilbizə... Yox, halal deyil bizə. İlbizdə olsaydı dil Nə deyərdi dil bizə...