71
sual-cavablarımızı öz elmi rəhbərinə ciddiyyətlə tərcümə
etməkdəydi.
Restorandan çıxdıq. Bir qədər də geniş bir Tokio
prospektində gəzişdik. Hava soyuq idi. Saat 11-di.
Dincəlmək lazımdı.
Otağıma gəldim, yatağıma uzandım, pəncərəni
açdım. Elə sakitlikdir ki! Sakitlik. Sükut. Sükutu dağıtdım.
«Dördüncü Divan»ımda gedəcək, lakin hələ yazıb-
bitirmədiyim, amma üzərində işlədiyim bu qəzəli
pıçıldamağa başladım. Sakitlikdi. Özüm deyib özüm
eşidirdim:
Bağda çiçəklərlə danışmaqdayam, Dağda küləklərlə danışmaqdayam. Vaxtımı, bəsdir, ay adam, alma ki, Al çiyələklərlə danışmaqdayam. Harda İsaq ilə Misaq quşları? Mən kimi təklərlə danışmaqdayam. Xamuş olun, dinləyin, ey xamlər, Mən... kəpənəklərlə danışmaqdayam. Var ucalıq öylə yaponlarda ki, Sanki fələklərlə danışmaqdayam. Qəddi uzun kəsləri çox dinlədim, Qəddi gödəklərlə danışmaqdayam. Qəlbidaş insanları dindirməyib İncə ürəklərlə danışmaqdayam. Sakit olun, çəkdi xəyal Şahini, Göydə mələklərlə danışmaqdayam. Şahin Fazil