Sübh yeməyimi otelin I mərtəbəsindəki kafedə
yedim. Burada yeməyə ilan-qurbağa verilmir, avropa
qəlyanaltıları (pendir, sosiska, kolbasa...) təklif olunur,
kotlet, qovurulmuş ət, yanında da makaron, vermişel, düyü
gətirilir. Axı, oteldə qalanların əksəriyyəti əcnəbilərdir.
Bir saatdan sonra Vaja Kiknadze, Şaiq və mən
Tohoku Universitetinə yollandıq. Universitetin tutduğu
Şahin Fazil
74
sahə böyükdür və orada bir neçə böyük və kiçik binalar
var. Əsas binanın qarşısında bizi Şimal-Şərqi Asiya
Tədqiqatları Mərkəzinin müavini prof. Oka qarşıladı.
Liftlə III mərtəbəyə qalxdıq. Mərkəzin direktoru prof.
Masahisa Seqavanın kabineti. O, bizi, əlbəttə, yaponlara
xas yüksək ehtiram və nəzakətlə qarşıladı. İxtisasca
antropoloq (loru dil ilə desək kəlləşünas) olan cənab
Seqava əksər yaponlar kimi eynəklidir, mehribandır,
üzügülərdir.
Yaşıl çay gətirdilər. Mən yaşıl çayı ilk dəfə
Əfqanıstanda, sonrasa Özbəkistan və Tacikistanda
içmişəm. Bakıda isə yaşıl çaya meyl azdır.
Cənab Seqava məşğul olduğum elm sahəsi ilə
maraqlandı. Əfqanıstandakı fəaliyyətimlə bağlı suallar
verdi. Haqqımda mə’lumatının olduğunu başa düşdüm.
Yazdığım «Azərbaycan haykuları» ilə maraqlandı. Kitabın
bir nüsxəsini ona təqdim etdim. Üz qabığında Qız
qalasının və bir neçə qatlı ən’ənəvi yapon evinin şəkli
verilmiş, bir haykumun yaponca tərcüməsi də əks
olunmuşdu:
«Mənim sevgim Sənin sevgindən zəifmiş, Ölə bilməyir».
Oxuyub gülümsündü, sonra kitaba səhifə-səhifə göz
yetirib 374-cü səhifəni açdı, yapon dilində yazılan
«rezyume»ni oxudu. Kitabın sonunda 6 dildə –
Azərbaycan, yapon, rus, ingilis, fransız və alman dillərində
aşağıdakı mə’lumat verilmişdir: