Йапонийа сяфярнамяси
73
Çəpər üstdə çıxıram gündə yarı görməkçin,
Məni öldürməsə də yar, çəpər öldürəcək.
Bizə mə’lum deyil aqibəti insanın,
Bilmirik biz bizi Allah nə təhər öldürəcək.
Çıxmışam çox səfərə... İndi Yapon sevdası,
Dərvişəm, dərvişi bir vəqt səfər öldürəcək.
Bu cahan bütlərinin lütfünə bel bağlama çox,
Sənə axşam edəcək lütf, səhər öldürəcək.
Büt də, cananə də vardır o biri dünyadə,
Bəşəri, sanma ki, üqbadə bəşər öldürəcək.
Qocayam, yeddi ona yaş yaxınlaşmaqda,
Dəyməsin göz, məni öldürsə nəzər öldürəcək.
Şahina, düşmə daha eşqə, cavanlıq eləmə,
Hər kamanqaşə tərəf getsən əgər, öldürəcək.
Dostları ilə paylaş: |