77
Müəllif tərəfindən mənə ünvanlanan avtoqrala bu əsər
Bakıda mənim də kitabxanamı bəzəyir.
Rus müəlliflərinin kitabları burada daha çoxdur.
Diqqət yetirirəm: Təkcə riyaziyyata aid iki sıra dəmir
rəflərdə minədək kitab və jurnal... Ölkənin elmi və mədəni
səviyyəsi kitablarından bilinir. Elə Azərbaycanda da bu
səviyyə vardır, amma biz öz kitablarımızı xarici ölkələrə
çoxmu çatdırırıq, çoxmu yayırıq?
Yaponlar kitabsevər və kitab oxuyan insanlardır.
Bu
qıyıqgöz
adamlar
məhz
müxtəlif
xalqların
kitablarından əxz etdikləri elmi nailiyyətləri gözüaçıqlıqla
öz ölkələrində yaradıcı şəkildə tətbiq edirlər. Mən
yaponların bu gözəl xüsusiyyətini kiçik bir şe’rimdə belə
verdim: