Bu balaca yaponlar – Böyük, sadəcə böyük! Necə böyükmüş onlar, Böyük, sadəcə böyük. Gözünüz necə açıq, Gözünüz necə böyük, Ey qıyıqgöz yaponlar. Senday, 20 fevral
Dəqiq Elmlər İnstitutunun yeməkxanasındayıq.
Yeməkxana yalnız müəllimlər üçün nəzərdə tutulmuşdur.
Yenə dəniz (okean) məhsulları. Xərçənglər, ilbizlər,
meygular və çiy balıqlar. Balıqları elə yaraşıqlı
Şahin Fazil
78
doğrayıblar ki... Hər balıq tikəsinin üstündə bir göyərti
gözümə dəydi. Ey qızardılmış Nərə balığı, haradasan?
Yanında da narşərab!..
Yapon restoran, kafe və qəlyanaltılarında yemək
stollarının üstündə, qaşıq, çəngəl və bıçaqdan başqa «haşi»
adlanan çubuqlar da olur. Bir əldə iki haşi tutub düyü
dənələrini elə dənləyirlər ki. Şaiqin də əlində haşi vardı.
Böyük məharətdir. Çubuqla düyü yemək məharəti! Mən
bunu bacarmadım.
Otelə qayıtdıq, istirahət etdik. Saat 19-da Şaiq
gələcək və Vaya ilə mən onunla birlikdə «Hind
restoranı»na gedəcəyik.
Sözləşdiyimiz vaxtda otelin qarşısında görüşdük.
Professor Kitaqava da oradaydı – Şaiqin elmi rəhbəri,
Vaqif Piriyev - Buduqlunun elmi həmkarı.
Sendayda, bəlkə də bütün Yaponiyada yaşayan və
özləri üçün biznes yaradan hindlilər yapon dilini,
yaponların nəzakətli rəftar tərzini əməlli-başlı əxz
etmişlər. Mən onları Əfqanıstandan tanıyıram. Kabulun
hansı küçəsinə, xiyabanına, bazarına getsən topasaqqal və
uzunsaç hindli taciri, yaxud satıcısı görərsən. Onların
dükanlarına girər-girməz çay, qəhvə, yaxud sərinlədici
içkilər təklif edirlər və bu təklifin dükandan nəsə
alacağına, ya almayacağına qətiyyən dəxli yoxdur.
Bizim gəldiyimizi görən hindlilər dərhal mehriban-
lıqla salamlaşdılar, içəri də’vət etdilər, miz arxasında
əyləşdirdilər, hər birimizə bir yemək menyusu təqdim
etdilər.
Əvvəlcə çörək gətirdilər. Bizim təndir çörəyinə
bənzəyən ağappaq və ip-isti çörək. Amma, dadı bir az
şirindir. Xörəkləri kimi çörəyi də elə bu restoranda bişirir-