Şahin Fazil
80
Oradan qayıtdıqdan sonra belə bir şe’r yazmış və
qəzetlərin birində dərc etdirmişdim:
Əfqan diyarında bərkimişik biz
Əfqanıstanda
neçə-
neçə
od-alovdan
keçən
Nizamiyə,Valehə, Mehma-
na, Asəfə, Əhmədağaya,
Şikara, Maya xanıma... və
bütün tərcüməçilərə.
1
Övlad doğularaq Azərbaycana
Əfqan diyarında bərkimişik biz.
Yollanıb qürbətə, düşüb əfğana
Əfqan diyarında bərkimişik biz.
Günlər keçirmişik o dost diyarda,
Kabulda, Heratda, Bəlxdə, Təxarda...
Yanmışıq günəşdə, donmuşuq qarda,
Əfqan diyarında bərkimişik biz.
Bizi salamlayan əl də görmüşük,
Qəhr edən, qarğıyan dil də görmüşük,
Güllə də görmüşük, gül də görmüşük,
Əfqan diyarında bərkimişik biz.
Bizi sərtləşdirib əfqan iqlimi,
Çox zaman kobuduq, hərdən səmimi...
Bərkidik lap polad bərkiyən kimi,
Əfqan diyarında bərkimişik biz.
Tale əydirməyib biləyimizi,
|