Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


Kim isə yuxumu götürüb qaçır



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə41/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   37   38   39   40   41   42   43   44   ...   166
Kim isə yuxumu götürüb qaçır 
 
Elə ki, yumuram gözümü gecə 
Hansı bir qüvvəsə gözümü açır. 
Yatmağa qoymuram özümü gecə, 
Kim isə yuxumu götürüb qaçır. 
 
Gecə ilham pərim gülür üzümə, 
Gecə səhərəcən şe’r deyirəm. 
Qayıtmasın deyə yuxu gözümə, 
Hərdənbir qolumu çimdikləyirəm... 
 
Şahin Fazil 
 
 
56 
Bə’zən ürək deyir, bə’zən dil deyir, 
Arada sözlərin rəngi görünür. 
Səhər açılanda əlimdə şe’r, 
Balışda mürəkkəb rəngi görünür. 
 
Özümü yalandan öyə bilmərəm, 
Demirəm hər və’də sözüm çox olur. 
Özgə şe’rləri deyə bilmərəm. 
Mənim şe’rlərim gecə doğulur. 
 
Belə artırıram şe’r varımı, 
Azalmır bu varın istəyi canda. 
Bə’zən qaranlıqda yazdıqlarımı 
Oxuya bilmirəm sübh açılanda. 
 
Beləcə-beləcə çoxaldı şe’r, 
Beləcə-beləcə çoxaldı misra. 
Bə’zən bir gecədə beş-altı şe’r, 
Bə’zən bir gecədə beş-altı misra... 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin