117
taxtalar
vasitəsilə
kəcavəni
çiyinlərinə
götürüb
aparırmışlar.
Zuyganji mə’bədgahının olduqca böyük olan
ərazisində bir neçə böyük və kiçik Budda heykəli gördüm.
O heykəllərin yaxınlığındakı bə’zi ağacların budaqlarına
ağ rəngli xırda parça kəsikləri bağlanmışdı (eynən bizim
pirlərimizdəki kimi).
Ərazidə bir muzey də var: Zuyganji İncəsənət
Muzeyi. Müasir üslubda tikilmiş yaraşıqlı bir bina.
Girəcikdə qara metaldan tökülmüş böyük bir zəng. Çəkisi
160 kq-dır. Binaya daxil olan adamın nəzərinə dərhal
Budda dəyir. Bu heykəl ağacdan yonulmuşdur və XVIII
əsrə aiddir. Heykəli, qorunmasından ötrü, şüşəli örtük
içərisinə salmışlar. Diqqət yetirirəm: Buddanın bə’zi
yerləri artıq çürümüşdür.
Mən indi Zuyganji İncəsənət Muzeyinin salon, zal
və müxtəlif otaqlarında nümayiş etdirilən eksponatların bir
qədər ətraflı təsvirini vermək istərdim:
1. Zirzəmi Min illik tarixi olub Zen sektasına aid olan
Zuyganji
mə’bədinə
aid
materialların
və
eksponatlarının indiyə kimi saxlanıldığı Seiryuu
zalı 1 oktyabr 1995-ci ildə açılmış və bu gün də
xalqın maariflənməsinə xidmət edən ən böyük
muzeylərdən biridir.
Muzeyin əsas eksponatları 10 il müddətində
çətinliklə təmir edilib ərsəyə gətirilmişdir. Burda
Dövlət Mədəni İrs tələblərinə cavab verən çoxlu
sayda divar rəsmləri, ev, şəkil, tarixi kitablar,
müxtəlif qablar, o cümlədən çay fincanları, ağac və
daş üzərində rəsm əsərləri və Yaponiyanın üç əsas
Şahin Fazil
118
ərazisindən biri kimi məshur olan Matsuşimaya aid
yazılar və rəsimlər, eləcə də orta əsirlər Enpukuçi
mə`bədinə aid arxeoloji qazıntı abidələri və s.
vardır. Bu eksponatların sayı təxminən 30.000-dir.
Seiryuu zalındakı daimi və xüsusi sərgi otağında
yuxarıda adları çəkilən eksponatlar mövsümi
mövzu ilə əlaqədar nümayiş olunur.
1. Zuyganji məbədinin tarixi
2. Daimi sərgi otağı
3. Masamune,
Yoşihime,
şahzadə
İrohanın
heykəlləri
4. Film-replika
5. Arxeoloji tapıntıların sərgi otağı
6. Yığıncaq otağı
7. Əlillər üçün tualet
8. Əlillər üçün lift