111
Yaponiya imperatorları sülaləsi bu günədək qırılmaz
şəkildə məhz Dzimmu nəslindəndir.
Sintoist ibadət 4 ünsürdən ibarətdir: saflaşdırma
(xarayi), qurbanvermə (sinsey), qısa dua (norito) və şərab
nəziri ayini (naorai) (Bax: ASE, IX cild, Bakı, 1986,
səh.304; «
Yaponlar» kitabı, s.8-9).
2. Buddizm. – Dünyada ən geniş yayılmış
dinlərdən biridir. Eradan əvvəl VI-V əsrlərdə Hindistanda
yaranmışdır. Banisi «Budda» adı ilə məşhur olan
Siddhartha Qautama hesab edilir. Bu din hamının
bərabərliyini e’lan etmişdir.
Eramızın əvvəllərində buddizm «hinayana» («dar
yol») və «mahayana» («geniş yol») adlanan 2 böyük qola
(altı əsr sonrakı müsəlmanların sünni və şiə məzhəbləri
kimi – Ş.F.) ayrıldı. Hər iki qolun əsas dini – fəlsəfi
məktəbləri I-V əsrlərdə formalaşmışdır (ASE, II cild, Bakı,
1978, səh.341).
Haşiyə: Qol, yaxud yol, ya da məzhəb dedikdə az
qalır ki, Şahin Fazilin qolu tutulsun. Sünni-şiə ixtilafı.
Haçanacan davam edəcək? Davama ehtiyac varmı? Bir
dinin 2 təriqəti. Müsəlmanları bir-birlərinə ideoloji
baxımdan düşmən edən 2 qol, yaxud yol. Müsəlmanlar
arasındakı ayrılığın əsas mənbələri. Məhz bu 2 qolun,
yaxud yolun qüsuru üzündən XVI əsrdən başlayaraq 2
böyük dövlət – səfəvilər və osmanlılar bir-birlərinə
düşmən kəsildilər, yüz minlərlə müsəlman qanı axıdıldı: