108
dini mə’nası vardır. İnsanın ayağı altındakı çınqıl sanki
dindarın beynindən bütün kənar fikirləri qovub çıxarır, onu
allahla söhbətə hazırlayır. Budda mə’bədinə isə adətən daş
tavalardan düzəldilmiş dolanbac, ensiz yollar aparır.
Nəhayət, dua edənlərin özlərinin hərəkətlərinə
baxıb din haqqında fikir yürütmək olar. Adamlar mə’bədin
qabağında dayanıb əl çalırlarsa (bir qədər aşağıda əl çalma
mərasimi haqqında akad. Bəkir Nəbiyevin də izləməsini
vermişik – Ş.F.), sinto allahlarının diqqətini cəlb etmək
istəyirlər. Lakin onlar hindlilər kimi dinməz durub
başlarını sinələrində qoşalaşdırdıqları ovuclarına tərəf
əyirlərsə, deməli Buddaya müraciət edirlər.
Əcnəbi bu fərqləri tədriclə öyrənəndən sonra
nəhayət Yaponiyada nə qədər sintoçu və nə qədər buddaçı
olduğu haqqında sual versə, cavabında çox qəribə
rəqəmlər eşidər. Həmin rəqəmlərdən elə çıxar ki, ölkədə
dindarların sayı əhalinin sayından iki dəfə çoxdur. Bu, o
deməkdir ki, hər bir yapon özünü həm sintoçu, həm də
buddaçı sanır, hər iki dinin mərasimlərində iştirak edir.
Allahların bu cür yanaşı durmalarını nə ilə izah
etmək olar? Onlar hər bir yaponun qəlbində necə yer
tapmışlar və öz aralarında necə yola gedirlər? Suallara belə
cavab vermək mümkündür: əməyin qəribə bölgüsü
sayəsində sinto insan həyatındakı bütün fərəhli hadisələri
götürmüş, kədərli hadisələri isə buddizmə vermişdir.
Uşağın anadan olması və toy sinto mərasimləri ilə qeyd
edilirsə, dəfn və sələflərin yası budda mərasimləri ilə
keçirilir.
Yeni doğulan yaponu ən əvvəl sinto mə’bədinə
aparırlar ki, yerli allaha təqdim etsinlər. Müəyyən
müddətdən sonra uşağın ölməsi təhlükəsinin sovuşduğu