Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə77/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   73   74   75   76   77   78   79   80   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
105 
Haykular  haqqında  eşidib  yox,  oxuyub  fikirləşmək 
lazımdır: 
 
Mənim şe’rlərimi 
Oxuyub sətir-sətir, 
Dərk edib şe’r-şe’r, 
Çevirib varaq-varaq  
fikirləş. 
Mənim şe’rlərimi 
Fikirləşib oxuma, 
Oxuyaraq fikirləş. 
 
(İkinci Divan, səh. 558-559) 
 
Yaponşünas 
Rəşad 
Quluzadənin 
mə’lum 
məqaləsində  Şahin  Fazil  haykuları  haqqında  müsbət 
fikirlər 
vardır 
(bunu 
mənim 
qeyri-təvazökarlığım 
sanmayın.  Mən  demirəm  ki,  Rəşad  Quluzadə  deyir):  «... 
Şahin Fazilin sevgi mövzusunda yazılmış haykuları əsasən 
sevgili  yar  ilə  olan  söhbət,  sevgiliyə  olan  hisslərin 
tərənnümü,  sevgili  haqqında  olan  xatirələrin  təsviri 
formasında işlənmişdir: 
 
Özünü sıx mənə, 
Qoyma üşüsün 
Divarda kölgəmiz». 
 
Digər tərəfdən, onun haykuları arasında qəm-kədər, 
qüssə mövzuları da az deyil. 
 
Tut əlimi, 
Şahin Fazil 
 
 
106 
Əlim çirkli deyil, 
Göz yaşımla yumuşam. 
 
Şair  göz  yaşını  tökərək  ağladığını  «əlimi  göz 
yaşımla yumuşam» deyə ifadə edir. 
Şahin  Fazilin  haykularında  təbiət  mövzusu  da  əsas 
mövzulardan biridir: 
 
Quru budaq 
Ölüdür onsuz da, 
Yaşı sındırma, külək! 
 
Qarşısına  çıxan  hər  şeyi  sındırıb  dağıdan  küləkdən 
şair  heç  olmazsa  hələ  cavan  olan  budağı  sındırmamağı 
xahiş edir. 
Şahin  Fazilin  haykularında,  bunlardan  başqa, 
«Tanrı», «İnsanlara müraciət» kimi mövzular da var: 
 
Ey Allah, 
Çata bilmirəm sənə, 
Əlim aşağıdır. 
 
Burada  Tanrının  dahiliyi,  əlçatmazlığı  və  bununla 
yanaşı  insanların  gücsüzlüyü  haqqında  danışılır»  (Bax: 
Göst. jurnal, səh. 147-148). 
Matsuşimanın  sahildən  bir  qədər  uzaq  olan 
Zuyganji adlı mə’bədgahına gəldik.  
Yaponiya  mə’bədlər  diyarıdır.  Mə’bəd  yaxud 
mə’bədgah. Hər iki istilah ibadətgah deməkdir. İbadətgah, 
yəni insanların ibadət etməyə gəldikləri müqəddəs yer. Bu 
ölkədə  qədimdən  bəri  iki  din  (sintoizm  və  buddizm) 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin