125
etmiş, amma monarxizmə əks olan kütlə qarşısındakı qızğın
çıxışından sonra ideyasının iflasa uğradığını görmüş, nəticə
e’tibarilə həmin 7 nəfər özlərini xarakiri (seppuku) etmişlər.
Yukio Misimanın bənzərsiz həyatı və onun özünü
xarakiri etməsi qəlbimi o dərəcə riqqətə gətirdi ki, dərhal bir
şe’r yazdım. Mən həmin şe’ri səfərnaməmin «xarakiri
əməliyyatının» təsvirinə həsr etdiyim hissəsində verəcəyəm.
Akad. Bəkir Nəbiyev də yapon mə’bədindən
yazmışdır. Onun yaxından seyr və əhatəli təsvir etdiyi
mə’bədlərin biri Yaponiyanın qədim paytaxtı olan Kioto
şəhərindədir. Alim yazır: «Kiotoda... dağların qoynunda təbii
fəlakətlərdən və basqınlardan qorunmaq üçün xüsusilə
əlverişli hesab edilən guşələrdə... müxtəlif zamanlarda dini
mə’bədlər tikilmişdir. Yaponiyada mövcud olan hər iki dinə
(sintoizm, buddizm) məxsus irili-xırdalı onlarla bu cür
mə’bəd şəhəri üzük qaşı kimi dövrələmişdir. Mə’bədə
girmək ərəfəsində hamı müxtəsər bir yuyunma mərasimi icra
etməlidir. Bə’zi əlamətlərilə müsəlmanların dəstəmazını
xatırladan bu mərasim dağ çeşməsinin şəffaf suyu ilə ağızı
yaxalayıb ondan bir-iki qurtum içməklə bitir. Biz oraya
çatanda sinto mə’bədində təzə doğulmuş uşaqlara xeyir-dua
verilməsi mərasimi icra olunurdu. 20 gənc valideyn qırxı
təzəcə çıxmış on körpəni bu münasibətilə mə’bədə
gətirmişdi. Müasir dəbdə təzə kostyum geymiş atalar və
əlvan tikməli kimanoya bülənmiş qadınlar sıra ilə əyləşib
çiyninə qar kimi ağ parça salmış, ayağı taxta başmaqlı
kahinin xütbəsini dinləyir, qoşalanmış əllərini üzlərinə aparıb
yəqin ki, onun dediklərini təkrar edir, hərdənbir də (hamısı
eyni vaxtda) ikicə dəfə əl çalırdılar. Bizə izah etdilər ki, bu
əlçalma ilə valideynlər kahinin duasının müstəcəb olmasına
şərik çıxdıqlarını ifadə edirlər... Əlbəttə, valideynlər mə’bədə