22 fevral, Matsuşima Yaponiyaya yollanma ərəfəsində mərhum yazıçı,
kinossenarist
Həsən
Seyidbəylinin
qızı
Məryəm
Seyidbəyli (bir institutda işləyirik) məndən yapon milli
paltarı olan kimano gətirməyi xahiş etmişdi. Matsuşima
Şahin Fazil
128
mağazalarının neçəsində olduq. Kimano yox idi. Satıcı bir
qız dedi ki, elə paltarlar yay mövsümündə satışa çıxarılır,
amma adı kimano yox, yukatadır.
Sendaya qayıdırıq. Qatar bizi gətirdiyi yol ilə geri
aparır. Çatdıq. Bir neçə mağazaya dəydik. Yukata yoxdu.
Dedilər ki, axtarmayın. Yayda olacaq.
«Hotel Com’s». Şaiq öz otağına getdi. Mən özüm
də bir qədər istirahət etdim.
Axşamüstü Şaiqlə birlikdə şəhər gəzintisinə çıxdıq.
Otelimizin lap yaxınlığında, uzunluğu bəlkə də bir
kilometr olan geniş bir ərazidə, içərisində ticarət
mərkəzləri yerləşən və adı Şontenqay olan üstüörtülü, əgər
belə desək, bazar var. Nə istəsən buradan ala bilərsən.
Kimano isə yoxdu.
«Mak-Donalds»
kafe-restoranına
gəldik,
II
mərtəbəyə qalxdıq. Ayrı-ayrı kiçik mizlərin arxasında
cavan qızlar oturmuşdular. Kimi kitab oxuyur, kimi kafe
içir, kimi dondurma yeyir, kimi də siqaret çəkirdi. Bir neçə
oğlan da vardı. Onlar da bu qızlar kimi hərə öz
məşğuliyyətindəydi. Heç kimin bir-biri ilə işi yoxdu.
Qarşımızdakı bir qızın paltarının ətəyi dizlərindən çox
yuxarıda idi.
- Bu niyə belə geyinib?
Şaiq baxdı. Mənim kimi təəccüblənmədi.
- Bu onun öz hüququdur. Özü bilər.
Doğrudan da özü bilər. Mənə nə?
Biz «Mak-Donalds»ı tərk edəndə gecə yarı idi.
Gənclər gəlir-gedirdilər, kitab oxuyan və minidən də mini
yubka geyinən iki qızdan başqa. Əlbəttə, mənə nə?