Йапонийа сяфярнамяси
129
Oteldəyəm. Pəncərə önündə dayanıb aya baxıram.
Ay doğub. Ay yerə baxır, Bakıya baxır, Qubaya baxır,
Sendaya baxır.
Görürəm,
göydə ay
hər gecə doğur,
Kişisi yoxdursa
ay necə doğur?
(İkinci Divan,
səh.575)
Yaponiya torpağındakı bir günüm də başa çatdı.
Vətənimi xatırladım. Qarabağı andım. Haqsız yerə
əlimizdən çıxan (çıxarılan) Göyçə, Zəngəzur, Şuşa və
başqa torpaqlarımız gəldi xatirimə. Başımıza neçin bu
bəlalar gəldi? Torpaqlar niyə getdi? Yerlərimizin
əksəriyyəti nə üçün yad əllərdədir? Qarabağın üstünü almş
qara bulud haçan dağılacaq? Erməni qara buludu... Bir
şe’rimi xatırladım:
Bu qara bulud
Hay verin, qəlbimin hay-harayı var,
Haçan dağılacaq bu qara bulud?
Başımın üstündə bulud layı var,
Haçan dağılacaq bu qara bulud?
Şahin Fazil
130
Bu bulud ... Buludun zərəri varmış,
Buludun nələri, nələri varmış...
Yağış əvəzinə güllə yağarmış...
Haçan dağılacaq bu qara bulud?
Bu bulud... Cəfası çoxmuş buludun,
Zülümü, cəzası çoxmuş buludun,
Abırı, həyası yoxmuş buludun,
Haçan dağılacaq bu qara bulud?
Bürüyüb göyünü Xan Qarabağın,
Neçə seyrəngahın, neçə oylağın,
Dərənin, təpənin, meşənin, dağın...
Haçan dağılacaq bu qara bulud?
Əkilən torpağı biçinsiz qalıb,
Biçilən torpağı əkinsiz qalıb,
Mərmidən, qəlpədən min-min iz qalıb,
Haçan dağılacaq bu qara bulud?
Ələ tüfəng alıb oğulu, qızı,
Tətik qan içində, atəş qırmızı...
Buludun üstündə günəş qırmızı,
Haçan dağılacaq bu qara bulud?
Qərənfil də küsdü, lalə də küsdü,
Daha gül açmayır daşımın üstü.
Haçan dağılacaq başımın üstü?
Haçan dağılacaq bu qara bulud?
Bəyaz ümidlərim qaraldı axı,
|