Möhtərəm oxucu, şe’r uzun oldu. Dərdlərimiz kimi.
Deməyin Şahin Fazil uzunçudur. Deməyin cavabsız sualları
var. Cavabımız olar inşallah. «Cavab qaldı qiyamətə»
deməyəcəyəm. Cavab tezliklə olar ümidindəydim. Cavab
olacaq!
Yaponların çoxlu kamikadzeləri olub. Hərbiçilər
İkinci Dünya müharibəsi vaxtı kamikadze adlandırılan bə’zi
vətənpərvərləri raket-bombaların içərisinə «hörüb» düşmən
tərəfin təyyarə bazaları və gəmilərinə tərəf atır, nəticədə
içəridən idarə olunan və düz hədəfə dəyən raket-bombalar da
məhv olur, hədəflər partlayırdı. Kamikadzelər haqqındakı bu
mə’lumatı mən hələ tələbə ikən müxtəlif mənbələrdən
oxumuşam. «Yaponlar» kitabında kamikadze xarakteri, onun
ölümdən qabaqkı xoş əhvali-ruhiyyəsi, öləndən sonra ölməz
olacağına inamı aşağıdakı kimi əks olunur:
«XII əsrin ikinci yarısında Yaponiya monqol
hücumuna mə’ruz qaldı. Çingiz xanın nəvəsi Hubilay iki
dəfə (1274 və 1281-ci illərdə) gəmilər armadası ilə Yaponiya
sahillərinə gələrək ölkəni fəth etmək istədi. Amma, hər iki
yürüş uğursuz oldu. İşğalçıların Yaponiya adalarına endikləri
vaxt baş verən güclü tufanlar onların gəmilərinin
əksəriyyətini darmadağın etdi. Yapon tarixçiləri həmin
tufanları «kamikadze» - «ilahi külək» adlandırmaqla məhz o
küləyin yapon xalqına ilahi kömək etdiyini yazdılar»
(«Yaponlar» kitabı, səh. 173; V.Ovçinnikov. Sakura budağı,
səh.18).
Kitabın müəllifləri sonra XII əsrdən XX əsrə gələrək
könüllü ölümə gedən gənc adamları belə xarakterizə edirlər:
«İkinci Dünya müharibəsinin axırında Yaponiya
məğlub olduğu vaxt yapon komandanlığı ölümə gedən