Mikroiqtisadi səviyyədə infrastruktur Giriş


Bazar infrastrukturunun inkişafına təsir edən əsas amillər



Yüklə 28,77 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü28,77 Kb.
#34891
1   2   3   4   5   6   7
Mikroiqtisadi səviyyədə infrastruktur

Bazar infrastrukturunun inkişafına təsir edən əsas amillər

Məlumdur ki, inkişaf etmiş bazar sistemi çox mürəkkəb və zəngin quruluşa malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın ən vacib quruluşlarından biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi nəticəsində yaranır. Bazar iqtisadiyyatı şəraitində bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və onun vasitəsilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, bazar ayrı-ayrı ixtisaslaşmış təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlərdə öz spesifik infrastrukturunu formalaşdırır. Belə ki, professor A.Qritsenko və dosent V.Sobolev bazar infrastrukturunu xarakterizə edərək, onun bir neçə müxtəlif elementlərini ayırırlar. Bu elementlər onlara xas olan spesifik funksiyalarını yerinə yetirərək, öz aralarında qarşılıqlı təsirdə olurlar. Belə bir mövqeyə əsasanlanaraq, onlar yazır ki, “hər hansı sosial-iqtisadi sistemdə infrastruktur – ilk növbədə mövcud sistemin obyekt və subyektlərinin qarşılıqlı əlaqələrinin fasiləsiz fəaliyyətini təmin edən elementlərin məcmusudur. Bu tərifdən belə bir nəticə çıxır ki, infrastruktur sistemin tərkib hissəsi kimi, onun obyekt və subyektləri də daxil olmaq şərti ilə, sistemin öz elementləri arasındakı qarşılıqlı əlaqələrin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Bazar infrastrukturu bütün iqtisadiyyatının tərkib hissəsi kimi, iqtisadi funksiyaları yerinə yetirmək üçün imkan və şərait yaradır. Öz mənşəyi və ya təbiəti nöqteyi-nəzərindən, bazar infrastrukturu canlı orqanizm kimi iqtisadi sistemə nüfuz etmiş və onun fəaliyyətini təmin edən institutların bütöv bir kompleksidir. Onun spesifik məzmunu. sərhədləri daxilində fəaliyyət göstərdiyi bazarların xüsusiyyətləri ilə müəyyən olunur. Məsələn, əmtəə və xidmətlər bazarının tərkib hissəsinə əmtəə birjaları, yarmarkalar, çoxsaylı firmalar, marketinq və digər təşkilatlar daxildir. Maliyyə bazarı pul, kredit və qiymətli kağızlar bazarından ibarətdir. Bazar iqtisadiyyatının əsasını özəl mülkiyyətin, xüsusi sahibkarlıq və biznes fəaliyyətinin, infrastruktur komponentlərinin daim geniş meydan alması təşkil edir. Real bazar iqtisadiyyatı üçün ölkənin mümkün çox çeşidli bazar infrastrukturlarının yaradılması və inkişafı da obyektiv zərurət təşkil edir. Beləliklə, təsdiq etmək olar ki, bazar infrastrukturu ən müxtəlif meyarlar əsasında bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən sərbəst bazarlardan ibarətdir. Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir.

Bazar infrastrukturu kompleks bir sistem təşkil edir və çoxşaxəli, çox istiqamətlidirlər.Onlar bazar iqtisadi sistemində fəal bir qüvvə, onun səmərəli fəaliyyətinə və inkişafına səbəb olan amillərdir.Bazar infrastrukturlarının mahiyyəti onun çox təsnifatlı komponentlərinin məcmusunda, kompleksində öz dərin ifadəsini tapır. Müasir inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bazar infrastrukturlarının təsnifatını aşağıda göstərilən komponentlər təşkil edir və nümayiş etdirir:

-birjalar (əmtəə, əmək, fond, valyuta, resurs, opsion, fraxt, fyuçers, banklararası, universal birjalar);

-marketinq və marketinq elmi-tədqiqat mərkəzləri;

-kredit sistemi və müvafiq banklar;

-gömrük sistemi;

-vergi sistemi və vergi müfəttişliyi;

-yarmarkalar, hərraclar (auksionlar)

-sığorta və sığorta kampaniyaları;

-ticarət palataları;

-kommersiya-sərgi kompleksləri;

-informasiya texnologiyası və işgüzar kommunikasiya vasitələri;

-iqtisadi ali və orta və qismən hüquq ixtisas təhsil ocaqları;

-auditor kompaniyaları;

-konsaltinq (məsləhət) kompaniyaları;

-xüsusi azad iqtisadi zonalar və s.

Şübhəsiz, bu siyahını bir qədər artırmaq da olar. Lakin elə bunlar əsas bazar infrastrukturlarının təsnifatı haqqında lazımi təsəvvür yaratmağa imkan verir. Adları çəkilən infrastrukturların hamısı müasir bazar iqtisadiyyatı şəraitində bazara, onun fəaliyyətinə xidmət edir. Bütünlükdə birjalar bazar infrastrukturları içərisində xüsusi yer tutur. Ümumiyyətlə, birja kütləvi, mütəşəkkil bazar, yəni alqı-satqı əməliyyatları ilə məşğul olan özəkdir. Bir qədər birjanın tarixinə nəzər salaq:

“Birja” sözü Flandriyanın böyük ticarət məntəqəsi olan Brüqqedə yaranıb, latınca “bursa” sözündən olub pul kisəsi deməkdir. Əcnəbi kommersantlar buraya gələrək Van Der Bursenin şərəfinə adlandırılmış mehmanxanada qalırdılar. Onun göstərişi ilə otel tikilmiş və pul kisəsi təsvir olunmuş gerb ilə bəzədilmişdir. “Bursa” otelinin ətrafında ticarət yığıncaqları keçirilirdi. Tacirlər digər həmkarları ilə tanış olur, sazişlər bağlayır, uğur və müflislik haqqında yeni xəbər və şayiələri öyrənirdilər.Bir çox tacirlər sazişlər bağlamaq üçün digər ticarət mərkəzlərindən Bursa otelinə gəlirdilər. Buradan “Bursaya getmək” ifadəsi meydana gəldi. Bu o qədər adət halını aldı ki, kommersantlar öz doğma yerlərinə qayıdarkən bu sözü ticarət yığıncağı mənasında işlətməyə başladılar. Xüsusi olaraq birja üçün ilk bina – Brüqqe ilə konkurent olan – 1531-ci il Belçikanın Antverpen şəhərində tikilmişdir. XVII əsrin əvvəlində ticarət və maliyyə mərkəzi Antverpendən Amsterdama köçürülür. 1608-ci ildə birja yaradılır, iki onillikdən sonra isə xüsusi bina tikilir. XVII əsrdə Amsterdam “Avropanın taxıl anbarı” kimi məşhur idi. Burada 200 min kisə taxıl saxlanılırdı. Amsterdam həmçinin qiymətli kağızlar bazarının meydana gəldiyi və XVII əsrin əvvəllərində ilk fond birjasının yarandığı yer hesab edilir. XVII əsrin əvvəlində dünya ticarət fəaliyyətinin mərkəzi Londona köçürülməyə başladı. 1865-ci ildən Londonun Krallıq birjası dövlət kağızları və səhmlərlə sazişlər həyata keçirirdi. Amsterdam və London birjalarının əməyi ondan ibarət olub ki, onlar kağızdan pula və ya əksinə keçidi tez təmin edirdilər.

Birjanın yaranması azad sahibkarlığın inkişafının yüksək mərhələsində zərurətə çevrilmişdir. Sahibkarlığın inkişafının ilk dövrlərində məhsulların reallaşmasında elə böyük çətinliklərə rast gəlinmirdi. İqtisadiyyatın daha sürətlə inkişafı ilə əlaqədar olaraq tədavülə daha çox, həm də müxtəlif əmtəələr daxil olduğuna görə onların reallaşması çətinləşir. Bununla da bazarın birja növünü təşkil etmək zərurəti yaranır. Birja dedikdə, əmtəələrin alqı-satqı prosesi ilə məşğul olan bazarın təşkilati forması başa düşülür. Bununla belə birjanın bir sıra xüsusiyyətləri onu bazarın digər növlərindən fərqləndirir. Məsələn, birjada alqı-satqı əməliyyatları bilavasitə və istehlakçı arasında deyil, öz əlində hər hansı bir əmtəəyə olan tələb və təklifi mərkəzləşdirmiş vasitəçilər vasitəsilə həyata keçirilir. Birjalar daimi fəaliyyət göstərir, onun öz daimi iş yeri və iş saatı vardır. Birja ayrı-ayrı şəxslər və dövlət tərəfindən təşkil olunur. Orada keçirilən əməliyyatlar onu təşkil edənlərin nəzarəti altında keçirilir. İri həcmli sövdələşmələri sün”i surətdə, qəsdən pozanlar, birja ticarət qaydalarına riayət etməyənlər müvafiq cəza alırlar. Birjanın təşkilatçıları alıcı və satıcılara xidmət göstərdiklərinə və vasitəçilik etdiklərinə görə ondan xidmət haqqı alırlar. Bundan əlavə birjada yer almaq üçün verilən haqq, bağlanmış sövdələşmələrdən komisyon ayırmaları və s. birjanın mənfəətini təşkil edir. Birjada bağlanılan sövdələşmələrin haqqı qarşı tərəfin hesabına ya dərhal, ya da müəyyən müddət ərzində köçürülə bilər. İkinci halda birjada satılan məhsul yeni sahibin sərəncamına dərhal keçsə də, onun haqqı satıcı və alıcı arasında razılaşdırılmış müddətə ödənilir. Həm də bu vaxt alınmış əmtəənin haqqının ödənilməsi ilə birgə satış vaxtı mövcud olan kursla hazırki kurs arasındakı fərq tərəflərdən biri tərəfindən ödənilir.

Birjada alqı-satqı əməliyyatını brokerlər həyata keçirir.Broker ingilis sözüdür, tərcümədə – vasitəçi deməkdir. O, birjanın üzvü olmalıdır, eyni zamanda öz vasitəçilik vəzifəsini yerinə yetirmək üçün bazarda yer almalıdır.Yerin qiyməti brokerə olan tələbdən asılıdır. Əgər yerin miqdarı az, brokerlərin sayı çoxdursa, onun qiyməti baha olacaq və ya əksinə. Fond, əmtəə, valyuta birjalarında sövdələşmələr zamanı vasitəçi rolunu ifa edən broker sahibkar deyil. Dəllal, vasitəçi yalnız sahibkar adından təklif edir. Broker çalışır ki, daha çox alqı-satqı əməliyyatlarına vasitəçilik etsin və vasitəçilik etdiyi əməliyyatlar baş tutsun. Çünki o, yalnız satılan əmtəələrə görə haqq alır. Əmtəələrin tədavül dairəsində hərəkətinin sür”ətlənməsində brokerlərin rolu böyükdür. Onlar bazar konyukturasını yaxşı bilir, onlar bu sahədə yüksək ixtisaslı mütəxəssislərdir. Broker rolunda firmalar və ayrı-ayrı şəxslər çıxış edə bilərlər. Brokerlər öz xidmətlərinin əvəzində tərəflərin qarşılıqlı razılığı ilə haqq alır. İri broker firmaları əksər hallarda sövdələşmələr vaxtı zamin rolunda çıxış edir, alıcılara kredit verirlər. Bazar iqtisadiyyatı sistemində bazar subyektlərindən biri də dilerdir. Broker kim diler də bazarda alıcılarla satıcılar arasında dəllallıq, vasitəçilik edirlər. Onlar da broker kimi fond birjasının üzvü, eyni zamanda bazarda yeri olmalıdır.Lakin onların yerinə yetirdiyi vəzifələr və fəaliyyət dairəsi bir-birindən fərqlənir. Əgər broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə də haqq alırsa, diler həm də sonradan daha baha satmaq məqsədilə qiymətli kağızlar alır. Bundan əlavə dilerlər bir-biri ilə, brokerlərlə, bilavasitə alıcılar və ya satıcılarla sövdələşməyə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler simasında çıxış edə bilərlər. Brokerlər kimi əmtəələrin reallaşmasının sür”ətlənməsində dilerlərin də xüsusi rolları vardır.



Nəticə

Müasir dünyamızda beynəlxalq inteqrasiyaya qoşulmaqla milli iqtisadiyyatı daha intensiv inkişaf etdirmək obyektiv zərurətdən irəli gəlir. Bu işdə azad iqtisadi zonalar da mühüm əhəmiyyət kəsb edir. Xüsusi azad iqtisadi zonalar da bir bazar infrastrukturu kimi sivilizasiyalı bazar iqtisadiyyatı şəraitində mühüm spesifik rola malikdir. Bu zonalar bir neçə tipdə fəaliyyət göstərirlər. Məsələn, azad ticarət zonaları, azad istehsal zonaları, azad ixrac-istehsal zonaları, azad bank zonaları, azad-açıq iqtisadi şəhər, azad elmi-texniki zonalar, azad liman zonalar və s. Son məlumatlara görə, dünyada 700-ə qədər azad iqtisadi zona fəaliyyət göstərir. Azad, sərbəst iqtisadi zonaların yaradılması hər bir müstəqil dövlətin xarici siyasətinin tərkib hissəsidir. Belə zonalar sərbəst surətdə xarici ölkələrin üzünə açılır. Məqsəd xarici ölkələrin maliyyə imkanlarından, qabaqcıl texnika və texnologiyasından istifadə edərək və bu vasitə ilə yüksək xeyir götürərək öz ölkəsinin iqtisadiyyatını inkişaf etdirməkdir. Azad iqtisadi zonaların fəaliyyət göstərməsi həm bir tərəfdən qabaqcıl xarici firmalarla, şirkətlərlə, kommersantlarla əməli istehsal, ticarət əməkdaşlığı, elmitexniki və digər sahələrdə intensiv mübadilələr yaranır və həm də azad zona ölkələrinə, xaricinə çox fayda gətirir. Ümumiyyətlə, iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq dövlətlər azad 32 iqtisadi zonalr yaratmağa cən atırlar və bundan çox xeyir götürürlər. Bu zaman hər bir dövlət bu və ya digər zonanın milli iqtisadiyyatının inkişafında rolunu və başqa amilləri nəzərə alaraq müəyyən məhdud əraziləri sərbəst iqtisadi zona elan edir. Burada fəaliyyət göstərmək istəyən xarici və milli sahibkarlar, biznesmenlər, kommersantlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Belə güzəştlər daxili və xarici kapitalın azad iqtisadi zonaya axınına stimul faydalılığı tam təmin olunduqda baş tutur. Təcrübə göstərir ki, inkişaf etməkdə olan ölkələr öz məkanlarında azad iqtisadi zonalar yaratmaq yolu ilə tərəqqilərinə güclü təkan vermiş olurlar.




Yüklə 28,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin