NEYRONUN ELEKTRON MODELİ
Neyronun elektron modeli fiziki realizə olunmuş hüdud məntiqi elementdir. Bu element bir çox xüsusiyyətinə görə bioloji neyrona bənzəyir. Neyronun elektron modelinin blok sxemi aşağıdakı şəkildə verilmişdir.
X , X , ..., X girişlərinə ayrılan liflər (və ya siqnal mənbələri ) budaqlanırlar və ya birləşirlər. Onlardan bəziləri bir başa çıxışa keçirlər, digərləri isə digər siqnallarla qarşılıqlı təsirdən sonra çıxışa keçirlər. Bütün bunlar birinci blokda baş verirlər.
Ikinci blok giriş siqnallarının çəkilməsi ilə onların cəmlənməsi üçün nəzərdə tutulmuşdur. Həmin ikinci blokun cəmləyicisinin çıxışı üçüncü blokda hüdud qiyməti ilə müqayisə olunur və həmin qiymət ( cəmin qiyməti ) hüdud qiymətinə bərabər olduqda və ya onu açdıqda F siqnalı hasil olunur.
Dostları ilə paylaş: |