Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


Sənaye toksikologiyasinin metodları



Yüklə 1,43 Mb.
səhifə19/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Sənaye toksikologiyasinin metodları
Kimyəvi maddələrin orqanizmə təsiri həm səciyyəvi (spesifik), həm də ümumitoksiki effekt yarada bilər. Bunları müəyyən etmək üçün istifadə edilən metodlar müvafiq olaraq səciyyəvi və qeyri-səciyyəvi kimi iki qrupa bölünürlər. Qeyri-səciyyəvi metodlara sənaye toksikologiyasında inteqral metodlar deyirlər.

İnteqral metodların əsasını təşkil edən prinsipin mahiyyəti ondan ibarətdir ki zəhərin təsir nöqtəsindən aslı olmayaraq orqanizmin ümumi vəziyyətinin pozulması bir sıra qeyri səciyyəvi funksional dəyişikliklər kimi təzahür edir. İnteqral göstərici kimi mərkəzi sinir sisteminin vəziyyəti misal ola bilər. Bu sistemdə düz (birbaşa) və əks əlaqə olduğundan hər hansı amilin orqanizmin istənilən nöqtəsindəki təsirindən (əgər bu təsir kifayət qədər güclüdürsə) sistemdə dəyişiklik yaranır.

Səciyyəvi metodlar bu və ya digər kimyəvi birləşmələr və ya birləşələr sinfi üçün xarakterik olan təsirləri aşkar etməyə yönəlir. Misal üçün, qan törətmənin pozulması benzolon xroniki təsiri üçün səciyyəvidir, paralitik təsiri isə fosforun müxtəlif birləşmələri yaradırlar.

Qeyd etmək lazımdır ki, metodların səciyyəvi və qeyri-səciyyəvi kimi bölünməsi şərtidir. Praktikada hər iki metodun istifadə olunması mümkündür və bu bir neçə zəhərli maddənin eyni vaxtda təsiri zamanı zəruri olur.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin