Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


Sənaye toksikologiyasinin məqsədləri



Yüklə 1,43 Mb.
səhifə18/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   14   15   16   17   18   19   20   21   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Sənaye toksikologiyasinin məqsədləri
Sənaye toksikologiyasının müxtəlif, geniş spektrli məqsədləri mövcuddur. Onlardan ən başlıcaları aşağıdakılardır.

İstehsalat proseslərində istifadə edilən yeni maddələrin və materialların toksikoloji baxımdan qiymətləndirilməsi və onların gigiyenik reqlamentləşdirilməsi-buraxılabilən qatılıq həddinin (BQH) təyin edilməsi - sənaye toksikologiyasının ən birinci vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməsi heç də asan deyildir. Kimyanın, energetikanın və bütövlükdə sənaye istehsalının sürətli inkişafı, məişət kimyası əşyalarının və avtomobil nəqliyyatının geniş istifadəsi ilə müşayiət edilən urbanizasiya təbii mühitə xas olmayan 1 milyonadək kimyəvi maddənin biosferə daxil olmasına səbəb olmuşdur və bu proses artan sürətlə davam edir. Bu günə qədər məlum olan kimyəvi maddələrin növü 4,5 mln.-dan çoxdur. İqtisadi inkişafı yüksək olan ölkələrdə hər il 500-dən çox kimyəvi maddənin tətbiq edildiyi barədə məlumatlar vardır.

Sənaye müəssisələrində iş zonasının atmosferinə və bütövlükdə təbii mühitə bu və ya başqa yolla yayılan maddələri buraxıla bilən qatılıq həddlərinin əsaslandırılmış qiymətlərinin müəyyən edilməsi ciddi problemlərdən biridir. Azərbaycanda və keçmiş Sovet İttifaqında 1000-dək zərərli maddə üçün reqlamentləşdirmə aparılmışdır.

İstehsalat şəraitində əksər hallarda bir neçə kimyəvi maddənin və fiziki amillırin birlikdə - kombinasiya edilmiş təsiri mümkün olur. Bir neçe toksiki maddənin və ya toksiki maddələrlə başqa amillərin birlikdə təsirinin reqlamentləşdirilməsi sənaye toksikologiyasının daha bir vacib vəzifəsidir.

Zərərli maddələrin BQH-nın müəyyən edilməsi ilə paralel olaraq sənaye toksikologiyası gigiyenik standartlaşma məsələlərini də həll edir. Bu halda zərərli aşkarların və ya komponentləırin reqlamentləşdirilən qatışıqlardakı miqdarı məhdudlaşdırılır.

Toksikologiyanın praktiki məqsədləri üçün zəhərli maddənin orqanizmə təsir mexanizmini və zəhərin orqanizmdə məruz qaldığı dəyişmələri – bioloji transformasiyanı öyrənmək olduqca vacibdir. Bunun üçün zəhərli maddənin orqanizmdə absorbsiyası, nəql edilməsi, toplanması və kənar edilməsi prosesləri ayrı-ayrılıqda araşdırılmalıdır. Alınmış məlumatlar zəhərlənmələrin ilkin əlamətlərini vaxtında aşkar etmək, məqsədə uyğun və effektiv müalicə-profilaktik tədbirlər hazırlamaq üçün istifadə edilə bilər.

Toksikologiyanın əsas məqsədlərindən biri də zəhərli maddələrin orqanizmin müxtəlif sistemlərinə və ayrı-ayrı oqanlarına spesifik təsirini, o cümlədən generativ (nəsilvermə) funksiyasına təsirini öyrənməkdən ibarətdir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki insan orqanizminin kimyəvi maddənin təsirinə reaksiyası heyvanlar üzərində təcrübə zamanı yaranan reaksiyadan həm keyfiyyətinə, həm də gücünə görə fərqlənə bilər. Buna görə də sənaye toksikologiyasının ən mühüm məsələlərindən biri heyvanlar üzərində aparılmış təcrübələrdən alınmış nəticələrin insan orqanizmi üçün ekstrapolyasiyasının elmi əsaslarını hazırlamaqdır. Beləliklə, sənaye toksikologiyası özünün geniş problemlərini həll etməlidir və bu məqsədlə bir çox yaxın əlaqəli təbiət elmlərinin nəaliyyətlərindən və metodlarından istifadə etməlidir.

Sənaye toksıkoloğıyasının praktiki məsəıəıərinin həlli üçün nəzəri tədqiqatları genişləndirmək, əldə olan materialları sistemləşdirmək lazımdır.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin