Monitorinq obyekti – proseslərdə baş verən dəyişikliklərin vaxtında aşkar edilməsi və proqnozlaşdırıması məqsədilə ətraf mühitin vəziyyətinə nəzarətin, orada baş verən proseslərin analizinin keçirildiyi təbii, texnogen, təbii-texnogen obyekt, yaxud onun bir hissəsidir.
Monitorinq obyektlərinə təbiətdə, texnosferada, cəmiyyətdə və siyasi mühitdə olan təhlükə və qeyri-müəyyənlik mənbələri, təhlükə və təhlükəsizlik obyektləri, təhlükəsizliyi təmin edən subyektlər, təhlükə mənbələri və təhlükəsizlik obyektləri arasındakı əlaqələr, risk obyektlərinin mühafizə sistemləri aiddirlər.
Monitorinq nəticələri, müxtəlif proses və hadisələr haqqındakı məlumatlar risklərin analizinin və proqnozlaşdırmanın əsasını təşkil edir.
Monitorinq növləri obyektlərin, hadisələrin, proseslərin növündən və xarakterindən və s. amillərdən asılı olaraq müxtəlif olur. Məsələn, Ekolociya Nazirliyi tərəfindən həyata keçirilən monitorinq növlərinə ətraf təbiətə antropogen təsir mənbələrinin monitorinqi; heyvanat və bitki aləminin monitorinqi; flora və faunanın monitorinqi, su təsərrüfatı sisteminin monitorinqi; təhlükəli geoloci proseslərin monitorinqi (eksogen, endogen geoloci proseslərin və yeraltı suların nəzarəti) və s. aiddirlər.
Monitorinq növləri bir-birlərindən mənbələrinə, antropogen təsir amillərinə, bu təsirlərə biosferanın reaksiyasına, müşahidə metodlarına və s. xassə və əlamətlərə görə fərqlənirlər.
Dostları ilə paylaş: |