Mövzu 17. Morfologiyanın tədrisi. Morfoloji təhlil. Morfologiya və onun tədrisi



Yüklə 242,42 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix11.05.2023
ölçüsü242,42 Kb.
#111158
1   2   3   4   5
movzu 17

Felin tədrisi zamanı şagirdlərin səviyyəsinə uyğun misallardan istifadə edilməli, 
onun hərəkət bildirdiyi başa salınmalıdır. Felləri sözlərlə birlikdə işlətmək lazımdır. 
Məs. kağızı bükdü, paketə qoydu, üstünü yazıb, markasını yapışdırıb, istədi nökəri 
çağırsın və s. Felin məna növlərini : iş, hərəkət, təfəkkürlə bağlılıq, hal – vəziyyət 
bildirməsi, felin nə etmək ? sualına cavab verməsi, şəxsə, kəmiyyətə, zamana görə 
dəyişməsi, təsdiq və inkarlığı, təsirli və təsirsiz olması, sadə, düzəltmə və mürəkkəb 
olması, təsriflənməyən formaları, qrammatik məna növləri (məlum, məchul, qayıdış, 
şəxssiz, qarşılıq (birgəlik), icbar), felin əmr, xəbər, arzu, vacib, lazım və şərt şəkilləri, 
idi, imiş, isə hissəcikləri, felin cümlədə xəbər olması və s. konkret nümunə və 
izahatlarla öyrədilməlidir.
Zərfin tədrisi prosesində onun bütün əsas nitq hissələrindən əmələ gəldiyini 
şagirdlərə öyrətməliyik. Məs. Qonaqlar gecə gəldi. Belə danışma. Xeyli söhbətləşdik. 
Uşaqlar qaça – qaça gəldilər. O, dünən getdi və s.
Şagirdlərə “Hərəkətin icrasını müxtəlif cəhətdən izah edən sözlərə zərf 
deyildiyini“, necə ? nə cür? nə vaxt ? nə zaman ? hara ? haraya ? harada ? 
haradan? nə qədər? və s. kimi suallara cavab verdiyini, cümlənin zərfliyi yerində 
işləndiyi başa salınmalıdır. Eləcə də onun sadə ( axşam, indi, cəld, yuxarı, az, əvvəl və 
s.) ; düzəltmə ( türkcə, qəhrəmancasına, zarafatyana, çoxdan, bərkdən, qəflətən, 
cəsarətlə, çəpəki, gündə, çaparaq ( yetmək ), qaçaraq ( gəlmək ) və s.); mürəkkəb
gözucu, arabir, ilbəil,üzbəüz, asta – asta, tez – tez, ildən – ilə, gec – tez, birə - beş, için – 
için və s.) olmasını, mənaca tərzi – hərəkət, zaman, yer, kəmiyyət bildirməsini misallar 
əsasında şagirdlərə başa salmalı və ona aid müxtəlif çalışmalar aparmalıyıq.

Yüklə 242,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin