Beach bar (çimərlik barı). Bu barlarda da hovuz kənarındakı barda olan qaydaların bir çoxu tətbiq olunur. “Beach” barların əsas məqsədi sahildən getmədən içki və ya yemək sifariş etmək istəyən qonaqlara xidmət etməkdir. Burada hazırlanan yeməklərə məhdudiyət qoyulur.
Piano bar. Pianodan istifadə etməklə əyləncə təklif edən bar növüdür. Barın quruluşu müxtəlif formalarda ola bilər. Daha çox böyük şəhərlərdə və daha çox kübar insanların gəldiyi yerlərdə qurulması məqsədəuyğundur.
Dance bar (rəqs barı). Rəqs barları daha çox gənclərin seçdiyi bar növüdür. Bu növ barlarda rəqs yeri və özünün daimi musiqi orkestri olur. Bu barlar digər barlarla müqayisədə daha geniş əraziyə malikdir və içərisi fərqli zövqlə bəzədilir. Burada tünd alkoqollu, zəif alkoqollu, alkoqolsuz içkilər, kokteyllər və çərəz çeşidləri təklif olunur.
Lobby bar (dəhliz barı).Əsasən otellərin giriş hissəsində, otelin ümumi dekorasiyasına uyğun olaraq dizayn edilir. Ümumi görünüşü gözəl olmalıdır. Belə barlar qonaqların ünsiyyəti üçün münasib yerdə fəaliyyət göstərir və yaxşı gəlir gətirir. Əsasən alkoqolsuz içkilərin servisi üstünlük təşkil edir. Oteldə yaşayan qonaqlar dəhliz barda işgüzar görüş keçirə və ya müxtəlif məqsədlərlə otelə gəlmiş kənar şəxslə çay, qəhvə içə bilər. Burada alkoqollu içkilər də olur, yalnız məhdudiyyət qoyulur.
Meyvə barları. Bu növ barların yaradılmasında əsas məqsəd alkoqollu içkilərin qəbulunu azaltmaqdır. Burada qonaqlara meyvə şirələri və sərinləşdirici içkilər təklif olunur.
Ekspres barlar. Əsasən böyük ticarət mərkəzlərində, vağzallarda təşkil olunur. Burada qonaqlara zəif alkoqollu içkilər, mineral sular və yüngül qəlyanaltılar təklif olunur.
Göstərilən servis növlərinə və quruluşuna görə müxtəlif növ barlar da fəaliyyət göstərir. Bunlara aşağıdakılar aiddir:
-Video bar
-Varyete bar
-Break bar
-Party bar
-Bistro bar
-Coffee bar
-Yaxta, Qatar və s. bar
-Jazz, Rock və s. bar
-Amphy, Cinema və s. bar
-Vitamin bar
-Kids bar
-Billiard, Golf bar