Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə38/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   34   35   36   37   38   39   40   41   ...   84
C fakepathmuhazire toplusu

Hesabatların tərtib edilməsi. Layihə ofisində mütəmadi olaraq inkişaf, monitorinq və əldə olunan nəticələr, habelə aparılan müxtəlif tədqiqatların nəticələri haqqında bir çox hesabatlar tərtib edilir. Komanda üzvləri həmin hesabatları daxili resurslar hesabına tərtib etməlidirlər, layihə ofisi isə hesabatın möhkəmləndirilməsi, saxlanması və paylanması üzrə kitabxana funksiyalarını yerinə yetirməklə yardım göstərə bilər.
Layihə kitabçasının yaradılması. Layihə kitabçasında görülən işlər haqqında məlumatlar qeyd edilir. Bu kitabçada nəinki görülmüş, hətta bugünkü dəyişikliklər öz əksini tapmalıdır. Layihə prosedurlarının dəyişdiyi hallarda həmin faktı əks etdirmək məqsədilə kitabçanın müddəti uzadılmalıdır. Layihə kitabçasını tərtib etməklə layihə ofisi komandanı bir çox inzibati məsələlərdən azad etmiş olur.
Proqram təminatlı işlər. Layihə ofisini kompütersiz təsəvvür etmək mümkün deyildir. Kompüterlər vasitəsilə layihə komandası qrafiklər qurur və müxtəlif proqram təminatlarından istifadə edərək layihəni idarə edir. Bəzi hallarda komanda üzvləri öz funksiyaları daxilində məsləhət almaq kompüterə müraciət edirlər. Yüksək səviyyəli proqram paketləri layihə komandalarına kompleks layihələrdə kömək edir. Nəhəng elektrik stansiyalarının tikintisi, geniş informasiya və kommunukasiya sisteminin yaradılması kimi layihələri buna misal göstərmək olar. Sure Trak, Project Scheduler, ART Project Workbench kimi proqramlar layihələrdə yaxşı nəticələr göstərir.
İşçi heyyətinin yığılması. İnzibati məsələlər ilə məşğul olan işçinin funksiyaları yüksək iş təcrübəsinin və təcrübəli layihə mütəxəssisinin olmasını tələb etmir, ancaq o, möhkəm inzibati vərdişlərin olmasını tələb edir. Məsələn, inzibatçı ofis proseduları ilə tanış olmalı, bu prosedurlara əsasən yazışmaları və hesabatları hazırlamalıdır. İnzibatçı və onun köməkçi heyyəti həm də kompüter sahəsində lazımi biliyə malik olmalı, bir çox proqramların normal işlətmə qaydalarını bilməlidir.
Müvafiq ixtisaslar üzrə bilik və təcrübə iş zamanı və xüsusi kursların köməyi ilə əldə edilə bilər. Layihə ofisində fəaliyyət göstərən təcrübəli layihə idarəçisindən vaxtaşırı olaraq inzibati məsələlər üzrə məsləhət və yardım alına bilər. Təşkilatlar layihələrin həyata keçirilməsində təcrübə topladıqca, onların layihə idarəçiliyi ilə bağlı ekspert rəyinə bir o qədər də ehtiyacı olmur. Təşkilatlar layihə idarəçiliyini yerinə yetirdikləri zaman bir qayda olaraq onlar bunu müəyyən bir metod ilə həyata keçirirlər. Məsələn, onların istifadə etdikləri qrafiklər əsas hadisələri özündə əks etdirir və məlumatlar bazasına ötürən diaqram rolunu oynayır.
Müvafiq ixtisas və biliyə yiyələnmə zərurəti ən müxtəlif fəaliyyət sahələrinə, o cümlədən cədvəlləşdirmə, büdcə, təkliflərin qeydə alınması, satıcıların müəyyənləşdirilməsi, layihələrin seçilməsi, risklərin idarə edilməsi, ehtiyac və tələblərin müəyyənləşdirilməsi, tələblərdə baş verən dəyişikliklərin idarə edilməsi və s. sahələrə yönəlmişdir.
Təşkilatın layihələrin idarə edilməsi sahəsində ən geniş biliklərə və təcrübəyə malik olan məsləhətçilərə ehtiyacı ola bilər. İdarəetmə orqanı təşkilatın daxilindəki heyyətin strateji intuisiyasını inkişaf etdirmək məqsədilə məsləhətçilərin təlimatlarından istifadə edə bilər, bu zaman layihə üzərində işləyən şəxslər hər gün yaranan layihə məsələlərini həll etmək məqsədilə məsləhətçilərin ideyalarına diqqətlə qulaq asmalıdırlar.
1990-cı illərdə yerinə yetirəcəyi vəzifənin təsvir edilməsi üzrə yeni bir termin ortaya çıxdı: mentorinq. Mentorinq layihə idarəçiliyi üzrə meydana çıxan problemlərin həllində təşkilatın işçilərinin ehtiyacı olduqları intuisiya və biliklə təmin edilməsidir. 89 Mentor və məsləhətçilərin rolu. Layihələrin idarə edilməsi üzrə məsləhətçilərin və mentorların rolu zaman keçdikcə təkmilləşir. Bu gün o, bir neçə konkret fəaliyyət növləri, o cümlədən aşağıdakı istiqamətdə göstərilən köməklər üzərində mərkəzləşmişdir:
təkliflərin verilməsi;
 layihənin işə salınması;
 təşkilatın layihə ehtiyaclarının vaxtında təmin edilməsi üzrə təklifi;
 risklərin müəyyənləşdirilməsi;
 layihənin bərpası;
 əsas idarəetmənin mentorlaşdırılması.
Bu fəaliyyət növlərindən hər birinə ayrılıqda baxaq.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin