1.2.Layihənin həyata keçirilməsi mərhələləri 1.3. Layihədə işlərin vaxta görə bölgüsü 1.4. Layihənin uğurlu olmasına təsir edən amillər
1.1. Layihəni xarakterizə edən əsas xüsusiyyətlər Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir.
Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir.
Layihəni xarakterizə edən əsas xüsusiyyətlər aşağıdakılardır:
– konkret müddət (başlanğıc və son) – planın mövcudluğu – ayrıca, layihəyə xas resurslar – komanda işi – məqsədlər Gündəlik işlərin də bəziləri bu xüsusiyyətlərə malik olur.
Məsələn, istehsalçı firmada sifarişin qəbul olunmasından sifarişin təhvil verilməsinədək tələb olunan işlərə ayrıca layihə kimi baxa bilərik. Belə ki, sifarişin yerinə yetirilməsinə başlanılması layihənin başlanğıcı, sifarişin təhvil verilməsi isə layihənin sonu hesab ediləcək. Sifarişin yerinə yetirilməsinə plana iş bölgüsünü, resursların ayrılmasını, vaxtın müəyyənləşdirilməsini aid edə bilərik. Sifarişin resurslarına nəzər salsaq görərik ki hər növ resurslardan istifadə olunur – insan resursları (sifarişi qəbul edən menecer, fəhlələr, sürücü və s.), fiziki resurslar (maşın və avadanlıqlar, materiallar, kompüterlər və s.), informasiya resursları (plan, çertyojlar və s.), maliyyə resursları (sifarişin büdcəsi).
Gündəlik işlərin bəzilərinə layihə kimi yanaşmaqda məqsəd layihə menecmentinin alətlərindən (dəqiq iş bölgüsü, sistemli nəzarət və s.) istifadə etməklə daha effektiv nəticəyə nail olmaq mümkündür.
Layihənin həyata keçirilməsində müxtəlif kateqoriyalı insanlar iştirak edir. İnsanları layihədəki roluna görə aşağıdakı kimi ayıra bilərik: