2.1. Layihələrin təsnifatı və növləri. 2.2. Layihə mühiti. 2.3.Layihələrin yrinə yetirilməsinə təsir edən amillər 2.4. Layihənin yerinə yetirilməsi şərtləri
2.1. Layihələrin təsnifatı və növləri. Layihələr öz təbiətinə görə müxtəlif olurlar. Onlar predment sahəsinə, miqyasına, iştirakçıların sayına, mürəkkəblik dərəcəsinə və digər göstəricilərinə görə bir-birindən fərqlənirlər.
Layihənin yerinə yetirildiyi mühit və onun əsas fəaliyyət sahəsi layihənin növünu müəyyənləşdirir. Məsələn: texniki layihə, taşkilati layihə, iqtisadi layihə, sosial layihə, qarışıq layihə və s.
Layihənin predmet sahəsi, strukturu və tərkib hissələri layihənin sinfini müəyyənləşdirir. Layihələr üç sinfə bölünürlər: monolayihə, multilayihə, meqalayihə.
Monolayihəözünəməxsus növə, miqyası və struktura malik olan ayrıca bir layihədir. Multilayihə bir neçə monolayihədən taşkil olunmuş layihələr kompleksidir. Meqalayihə özündə mono və multi layihələr birləşdirən məqsədli proqram və ya inkişaf proqramlarıdır. iştirakçılarm sayına, ətraf mühitə təsirinə və ölçülərinə görə layihənin miqyası müəyyənləşdirilir. Miqyasına görə layihələr şərti olaraq dörd sinfə bölünürlər: kiçik layihələr, orta layihələr, böyük layihələr, nəhəng layihələr.
Miqyasına görə layihələr aşağıdakı sinflərə bölünürlər: dövlətlərarası layihə, beynəlxalq layihə, milli və ya ümumi dövlət layihəsi, regional və ya regionlararası layihə, sahəlararasi və sahələr üzrə layihə, korporativ layihələr, müəssisələrarası və müəssisə daxili layihələr. Layihənin yerinə yetirilməsi üçün sərf olunan vaxta layihənin müddəti deyilir.
Müddətə görə layihə üç sinfə bölünür: azmüddətli layihə - 3 ilə qədər, ortamüddətli - 3 ildən 5 ilə qədər, uzunmüddətli - 5 ildən çox.
Mürəkkəblik dərəcəsinə görə layihələr üç qrupa bölünürlər: sadə layihələr, mürəkkəb layihələr, çox mürəkkəb layihələr. Bu anlayışlar layihənin mürəkkəblik dərəcəsinin göstəricisidir.
Qeyd edildiyi kimi layihənin predmet sahəsinin xarakteri layihənin növünü müəyyənləşdirir. Məsələn: investisiya layihəsi, elmi-tədqiqat layihəsi, informasiya texnologiyası layihəsi, iqtisadi layihə, sosial layihə, təhsil problemləri layihəsi və s.
Layihənin növlərini hansı parametrlərlə xarakterizə olunduqlarını nəzərdən keçirək. Kapital qoyuluşu tələb edən və əsas fondun yaradılması məqsədi nəticəsində fəaliyyət göstərən layihələr investisiya layihəsi adlanır. Binaların, körpülərin və digər tikinti obyektlarinin inşası, müəssisələrin yenidənqurulması layihasini yerinə yetirmək üçün layihənin məqsədi, başlanğıc və son vaxtları və xərclər smetası müəyyənləşdirilməlidir. Ehtiyatların və layihənin faktiki dəyəri onun işlərinin qrafikə uyğun vaxtında yerinə yetirilməsindən asılıdır.
Yeni sistemlərin və texnologiyaların yaradılması, nou-xau və digər kəşflər, yeniliklər əldə etmək məqsədi daşıyan layihələrə innovasiya layihələri deyilir.
Yeni proqram kompleksinin yaradılması, yeni məhsulun yaradılması, elmi araşdırmalar ilə bağlı layihələr tədqiqat layihəsi adlanır.
Tədqiqat layihələri aşağıdakı parametrlərlə xarakterizə olunur:
Layihənin ümumi məqsədinin əsasını təşkil edən lokal məqsədlərin müəyyənləşdirilməsi;
Layihədəki işlərin yerinə yetirilmə vaxtları redaktə oluna bilər. Buna baxmayaraq yaxşı olardı ki, layihədə nəzərdə tutulan hər bir işin başlanma va tamamlanma vaxtlarına ciddi riayət edilsin;
Layihə xərclərinin planlaşdırılması ona ayrılmış məbləğdən çox, onun məqsədi və uğurundan isə az asılıdır.
Müəssisələrin yenidən qurulması, yeni idarəetmə sisteminin konsepsiyası, yeni təşkilatın yaradılması və beynəlxalq forumların keçirilməsi təşkilati layihələr bölməsinə aiddir və aşağıdakı parametrlərlə xarakterizə olunurlar:
• Layihənin nəticəsinin keyfiyyət və kəmiyyət baxımından qiymətləndirilməsi;
• başlanğıc və son müddətlərin əvvəlcədən müəyyənləşdirilməsi; • xərclərin planlaşdırılması;
• layihəyə çəkilən xərclərin təsbit edilməsi və nəzərətdə saxlanılması.
Müəssisələrin özəlləşdirilməsi, audit sisteminin yaradılması, yeni vergi sisteminin tətbiqi və iqtisadiyyat ilə bağlı olan bütün layihələr iqtisadi layihələr adlanır və aşağıdakı xüsusiyyətlərə malikdirlər:
• layihənin əsas məqsədi sistemin, obyektin iqtisadi göstəricilərini yüksəltməkdir. Lakin layihənin inkişafından asılı olaraq onun məqsəd göstəricilərinin dəyişdirilməsi tələb olunur;
• layihənin işlər qrafikinə əsasan onların müddəti müəyyənləşdirilir. Layihənin inkişafından asılı olaraq işlərin başlanğıc və son müddətlərinin dəyişdirilməsi tələb olunur;
• vəsaitlər imkan daxilində ehtiyaca görə paylanır;
• xərclər əvvəlcədən müəyyənləşdirilir, nəzərət olunur və layihənin inkişafından asılı olaraq dəqiqləşdirilir.
Bu layihələrdə təsbit edilmiş müddətdə müəyyənləşdirilmiş xərclərə əsasən zəruri vəsait tələb olunmaq şərtilə yüksək iqtisadi nəticələr əldə etmək olar.
Sosial sistemin reformu, səhiyyə, aztəminatlı təbəqənin sosial müdafiəsi, təbii və sosial fəlakətlarin nəticələrinin aradan qaldırılma və sairə bu kimi layihələr sosial layihələr adlanır. Bu layihələr aşagıdakı parametrlərlə xarakterizə olunurlar:
• layihənin məqsədi müəyyənləşdirilir və layihədəki işlər icra olunduqca məqsədlər bir-birilə əvəz olunur;
• layihənin başlanğıc və son müddətləri əvvəlcədən təxmini olaraq təyin olunur, müəyyən mərhələlərdən sonra isə dəqiqləşdirilir;
• layihənin xərcləri büdcədən asılı olaraq müəyynləşdirilir;
• ehtiyatlar tələbata uyğun olaraq verilir.
Sosial layihələr digər layihələrə nisbətən qeyri-müəyyən, qeyri-səlis təbiətə malik olurlar.