Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə14/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   10   11   12   13   14   15   16   17   ...   84
C fakepathmuhazire toplusu

4.4. Keyfiyyətin idarə edilməsi
4.5. Müddətin idarə edilməsi
4.6. Dəyərin idarə edilməsi
4.7. Risklərin idarə edilməsi

4.1. Layihənin idarə edilməsi anlayışları
İdarəetmə (menecment), o cümlədən layihələrin idarə edilməsi xüsusi qabiliyyət tələb edir. Layihələrin idarə edilməsində tələb olunan bilik və təcrübədən başqa layihə menecerinin şəxsi keyfiyyəti də böyük rol oynayır. Layihələrin idarə edilməsi metodlarından daha çox nəhəng layihələrdə, o cümlədən tikinti sənayesində, aerokosmik tədqiqatlarda, neft-qaz sənayesində, təhsil, səhiyyə və digər sahələrdə istifadə olunur. Əfsuslar olsun ki, layihələrin idarə edilməsi termininə hər bir insan müxtəlif formada yanaşır. Bu səbəbdən mütəxəssislər arasında fikir ayrılığı yaranır. Ümumiyyətlə, belə bir sual ortaya çıxır: “Layihələrin idarə etmək lazımdırmı?”. Belə suallara cavab tapmaq üçün bir çox məsələlər açıqlanmalıdır. Əvvəlcə layihələrin idarə edilməsi prosesi və zərurəti, layihələrin idarə edilməsindən faydalanan tərəflər və layihələrin intellektual idarəetmə sistemləri ilə bağlı mövzuların izahatını verək. Layihənin idarə edilməsi üzrə mövcud olan tərifləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, “layihənin idarə edilməsi”- “dəyişikliklərin idarə edilməsi” deməkdir. Layihənin idarə edilməsi ilə bağlı müxtəlif biliklər mövcuddur. Bu elmi daha da dərindən öyrənən ölkələr layihənin idarə edilməsi anlayışına müxtəlif tərəfdən yanaşmış və müxtəlif təriflər vermişlər. Layihənin idarə edilməsinə verilən tərifləri və anlayışları nəzərdən keçirək:
ABŞ-ın Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA): Layihənin idarə edilməsi – idarəetmə texnikası və metodlarından istifadə etməklə işlərin həcmini, qiymətini, vaxtını, keyfiyyətini, iştirakçıların təminatını layihənin tam həyat dövründə düzgün idarə etmək məqsədilə insan və material ehtiyiatlarının koordinasiya edilməsi deməkdir. Bu işlər layihə rəhbərinin məharətindən asılıdır.
Layihələrin İdarə Edilməsi İngiltərə Assosiasiyası: Müvafiq texniki tələblərə uyğun olaraq layihənin vaxtında və təyin edilmiş büdcə çərçivəsində yerinə yetirilməsinə layihələrin idarə edilməsi deyilir. Layihəni idarə edən şəxs bu nəticələri əldə etmək üçün cavabdehdir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin