Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihənin predmet sahəsinin idarə edilməsi



Yüklə 2,16 Mb.
səhifə17/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   13   14   15   16   17   18   19   20   ...   84
C fakepathmuhazire toplusu

4.3. Layihənin predmet sahəsinin idarə edilməsi
Layihənin predmet sahəsi layihənin məqsədini, qarşısında qoyulan tapşırıqları və bu əsasda müəyyənləşən işləri, onların həcmini və tələb olunan ehtiyatları müəyyənləşdirir. Layihənin həyata keçirilməsi prosesində layihənin predmet sahəsinin bütün tərkib hissələri dəyişikliklərə məruz qalır:
 işlərin məqsəd, vəzifə və tərkibi həm layihənin işlənməsi prosesində, həm də müəyyən nəticələr əldə olunduqca dəyişilə, yaxud dəqiqləşdirilə bilər;
 işlərin həcmi layihənin işlənməsi prosesində dəqiqləşdirilə bilər, layihənin yerinə yetirilməsi prosesində isə işlərin həcmi sıfırdan yüz faizə qədər dəyişilə bilər;
tələb olunan material ehtiyatları da işlər kimi dəyişilir.
Predmet sahəsinin idarə edilməsinin mahiyyəti elə bu dəyişikliklərin idarə edilməsindən ibarətdir və layihənin məqsədlərinin, konsepsiyasının işlənməsi, planlaşdırma, uçot, icraya nəzarət vasitəsilə reallaşdırılır.
İdarəetmə vasitəsi qismində burada layihənin şəbəkə qrafikindən istifadə oluna bilər. Layihənin predmet sahəsinin aşağıdakı prinsipial idarəetmə sxemindən istifadə olunmaqla qurulan bu funksiyaların əsas məzmununu açıqlayan model göstərilmişdir:
Layihənin predmet sahəsinin idarə edilməsi:
- Konsepsiyanın işlənməsi;
- Layihənin tələblərini və problemlərini təhlil etmək;
- Layihənin məqsədlərini müəyyənləşdirmək;
- İlkin verilənlərin yığılması;
- Məhdudiyyətlər;
- Alternativlərin təhlili:
- Layihə məsələləri (nəticə, vaxt, ehtiyatlar və s.).
Predmet sahəsinin müəyyənləşdirilməsi
-Meyarlar (dəyər, vaxt, keyfiyyət, ətraf mühit);
- Planlaşdırma və idarəetmə (strukturlaşdırma, siyasət);
- İşlərin dekompozisiya strukturu;
- Layihənin əsas yazılışı.
İşlərin paylanması:
- İşlər kompleksi (işlər, hadisələr);
- Müqavilələr (texniki-iqtisadi tədqiqatlar, layihələndirmə, tikinti);
Hesabatlar:
- Maliyyə vəziyyəti;
▪ Müddətlər üzrə vəziyyət;
-Texniki icra vəziyyəti;
- Layihənin inkişafı strategiyası;
- Kənaraçıxmalar üzrə hesabatlar;
- Tendensiyalar üzrə hesabatlar;
- Böhran vəziyyətlər üzrə hesabatlar,
Nəzarət sistemi:
- Layihədə dəyişikliklərə nəzarət;
- İşlərə nəzarət;
- Sənədlərə nəzarət;
- Tədarükə və təchizata nəzarət;
▪ Texniki şərtlər.
Layihənin başa çatdırılması:
- Layihənin faktiki yerinə yetirilməsi üzrə rəsmiləşdirmə sənədləri;
- Son təhlil və hesabatlar;
- Layihənin maliyyə işlərinin sona çatdırılması.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin