4.4. Keyfiyyətin idarə edilməsi Layihənin keyfiyyətinin idarə edilməsi funksiyaları layihənin bütün həyat dövrünü, onun bütün element və detallarını əhatə edir:
▪ layihə, təşkilati və idarəetmə qərarları;
▪ istifadə olunan materiallar, avadanlıq, xammal və s.;
▪ layihə icra olunarkən görülən işlərin keyfiyyəti;
▪ layihə üzrə alınan nəticələrin keyfiyyəti. Keyfiyyətin idarə edilməsi layihənin nəticələri ilə bağlı olan tələb və standartları yerinə yetirməklə həyata keçirmək olar.
Keyfiyyətin idarə edilməsinin üsul və texniki cəhətləri müxtəlifdir. Layihənin idarə edilməsinin bu vacib funksiyası haqqında dolğun təsəvvür yaradan keyfiyyətin idarə edilməsi aşağıdakı sxemdə vrilmişdir.
Keyfiyyətin idarə edilməsi:
Keyfiyyətin təmin edilməsinin ümumi prinsipləri:
▪ Konsepsiya
▪ Layihələndirmə
▪ Öhdəliklər
▪ İcra
▪ Tələblər
Keyfiyyətin təmin edilməsi (idarəetmə aspektləri):
▪ Keyfiyyətin idarə edilməsi funksiyalarının inteqrasiyası
▪ Nəticə
▪ Dəyər
▪ Müddət
Keyfiyyət üzrə informasiya sisteminə olan tələblər:
▪ Tapşırıqlar
▪ Texniki siyasət
▪ Strategiya
▪ Prosedurlar
▪ İnformasiyalar (qrafiklər, diaqramlar, verilənlər).
Sifarişçinin keyfiyyət üzrə xidmət sahəsi:
▪ İcmal
▪ Əks əlaqə
▪ İctimaiyyətlə əlaqə
Keyfiyyət üzrə proqnozlar
▪ Keyfiyyətin qiymətləndirilməsi üzrə göstəricilər
▪ Xarici tələblərə uyğunlaşdırmaq (qanunlar, təlimatlar, standartlar)
▪ Daxili tələblərə uyğunlaşdırmaq (müqavilələr, texniki şərtlər, firmanın siyasəti, prosedurlar)
Keyfiyyətə nəzarət (texniki aspektlər) Keyfiyyətin texniki şərtləri:
▪ Layihə üzrə informasiya
▪ Tədarükə nəzarət
▪ Materiallara nəzarət
▪ İstehsal (texnologiyalar, proseslər)
▪ Uyğunlaşdırmalar (meyarlar, təlimatlar)
▪ Qiymətləndirmə (vasitələr, metodlar, standartlar, testləşdirmə)
Keyfiyyətə texniki nəzarətin təşkil edilməsi:
▪ Layihə üzrə qərarlar (siyasi, prosedura, monitorinq, təhlil, hesabatlar, qərar qəbuletmə)
▪ Nəzarət sistemi (öhdəliklər, səlahiyyətlər, rəhbərlik, xəbərdarlıq)
▪ Yazılışların aparılması (elementlər, proseslər, pozuntular, hadisələr, sənədlər, saxlamalar)
Keyfiyyətin tərəqqisi üzrə təhlillər:
▪ Məhsul (istehsalın strategiyası, layihə qərarlarının təhlili, dəyərin təhlili, alıcıların münasibəti)
▪ Məhsuldan istifadə etmək (bazarın təhlili, qanunvericilik tənzimləyiciləri)
▪ Qiymətləndirmə
Keyfiyyətin texniki dəstəyi:
▪ Öyrətmə
▪ Dəstəkləmə
Keyfiyyətin qiymətləndirmə metodları:
▪ Nümunələrin yoxlanması (sistematik olaraq, seçmə yolla)
▪ Pozuntular üzrə məlumatlar
▪ Qrafiklər və diaqramlar
▪ Statistik metodlar
▪ Vizual nəzarət