Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə21/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   17   18   19   20   21   22   23   24   ...   84
C fakepathmuhazire toplusu

4.7.Risklərin idarə edilməsi
Risk layihənin məqsədlərinin əldə olunmasına müəyyən zərər vura bilən, gözlənilməyən hadisələrin yaranmasına səbəb olan, layihəyə və onun elementlərinə təsir göstərən bir parametrdir. Risk üç amillə səciyyələnir:
▪ Layihəyə mənfi təsir göstərən hadisələr;
▪ Hadisələrin yaranma ehtimalı;
▪ Hadisələr nəticəsində layihəyə dəyən zərərin dəyərləndirilməsi.
Risklərin idarə edilməsi layihənin həyata keçirilməsi zamanı risk dərəcəsinin minimuma endirilməsi və layihə iştirakçıları arasında dəyə biləcək mümkün ziyanın paylanması, başqa sözlə desək, həmin riskli hadisələrin təhlili, dəyərləndirilməsi və aradan götürülməsi ilə bağlı tətbiq olunan formal metodların məcmusudur.
Bütün layihələr və layihələrin əksər aspektləri bu və ya digər şəkildə riskə məruz qalırlar:
▪ Maliyyə riskinə
▪ Texniki riskə
Təşkilati riskə
▪ Sosial-siyasi riskə və s.
Risklərin idarə edilməsi layihə üzrə riskin meydana gəlmə ehtimalının yüksək olduğu bütün hallarda tətbiq edilir: PMİ USA tərəfindən təqdim edilmiş aşağıdakı sxemə nəzər salaq:
Riskin idarə edilməsi:
 Riskin müəyyənləşdirilməsi
 Gözlənilməyən ətraf hadisələr:
▪ Dövlət təşkilatlarının bilavasitə təsiri (qanunlar, standartlar, ekologiya)
Təbii fəlakət
▪ Gözlənilməyən ətraf hadisələr (ekoloji, sosial, iqtisadi, texniki)
▪ Qeyri-müəyyən mühit və uğursuzluqlar (qeyri-sabit siyasi vəziyyət, müqavilələrin pozulması və s.)
 Gözlənilən ətraf hadisələr:
▪ Bazara görə risklər (xam malın qiyməti, tələbat, rəqabət, bazar qiymətləri, alıcının münasibəti)
▪ İstismar (dəstəkləmə zəruriyyəti, təhlükəsizlik)
Valyuta kursu
▪ İnflyasiya
▪ Vergi sistemi
▪ Sosial və ekoloji faktorlar
 Daxili hadisələr:
▪ İş qrafikinin pozulması (işçi qüvvə və materiallar çatışmazlığı, tətillər, təchizatda ləngitmələr, layihədəki səhvlər, sifarişçinin tələbi, qeyri-real planlar, rəhbərliyin dəyişməsi və s.)
▪ Maliyyələşdirmənin dayandırılması ▪ Xərclərin artması (icraçıların, tədarükçülərin, sifarişçilərin və s.)
 Daxili texniki amillər:
▪ Texnologiyanın dəyişməsi
▪ İşin icrası (keyfiyyət, səmərəlilik, etibarlılıq)
▪ Layihələndirmə (texniki şərtlərə uyğunlaşdırma, dəyişiklik ehtimalı, texnoloji şərtlər)
▪ Texnoloji risk
 Hüquqi amillər:
▪ Lisenziya
Patent hüququ
▪ Müqavilə şərtləri
▪ Xarici tələblər
▪ Daxili tələblər
Fors-major

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin