Investorlar - kredit və ya digər formalarda layihə üçün kapital qoyuluşunu təmin edir. İnvestorların əsas məqsədi layihənin məhsuluna görə qoyulmuş kapitaldan əlavə gəlir götürməkdir. Əgər investor və sifarişçı eyni şəxs deyilsə onda investor rolunu adətən banklar, investisiya fondları, donor təşkilatlar və başqaları həyata keçirir. İnvestorlar sifarişçi ilə kontrakt bağlayır, kontraktın işinə nəzarət edir və hesabatlar aparır. İnvestisiya hesabına alınmış layihənin əmlakı sifarişçi tərəfindən ödənilmədiyi halda investorun əmlakına çevrilə bilər.
Layihənin rəhbəri - hüquqi şəxs olaraq layihənin yerin yetirilməsində sifariçinin və investorun nüməyəndəsi kimi fəaliyyət göstərir və aşagıdakı əsas işlərə cavabdehdir:
• planlaşdırma
• nəzarətetmə
• koordinəetma (əlaqələndirmə).
Layiənin rəhbərinin səlahiyyətləri və funksiyaları sifarişçi tərəfindən müəyyənləşdirilir. Eyni zamanda, layihınin rəhbəri və onun komandası müəyyənləşdirilmiş vaxtda, büdcə çərçivəsində və keyfiyyətlə layihəni başa vurmaq məqsədilə işləri koordinasiya edir(əlaqələndirir) və ümumi işlərə rəhbərlik edir.
Layihənin komanda heyyəti – layihəni yerinə yetirmək və оna rəhbərlik etmək məqsədilə yaradılmış xüsusi təşkilatdır. Komandanın əsas məqsədi layihəni uğurla başa çatdırmaq və nəticə əldə etməkdir. Komandanın əsas heyyətinin sayı layihənin mürəkkəbliyindən, miqyasından xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir. Komandanın əsas heyyəti layihənin rəhbərindən və texniki aspektlər üzrə işləri koordinasiya (əlaqələndirmə) edən layihənin mühəndisindən təşkil olunur.
Kontraktlar üzrə administrator-kontraktların hazırlanması, bağlanması, yerinə yetirilməsi, danışıqların aparılması və subkontraktların bağlanması kimi işlərə cavabdehdir.
Layihə nəzarətçisi –layihənin planlaşdırma və nəzarət qrupuna rəhbərlik edir.
Layihənin mühasibatı- layihənin vəsaitini, xərclər smetasını tərtib edir, mühasibat uçotunu aparır və layihənin rəhbərinə maliyyə məsələləri üzrə müşavirlik edir.