Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə19/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   15   16   17   18   19   20   21   22   ...   84
C fakepathmuhazire toplusu

4.5. Müddətin idarə edilməsi
Müddət layihənin müvəffəqiyyət meyarlarından biri sayılır. Müddət layihənin əsas ehtiyat mənbəyi olmaqla xüsusi diqqət tələb edir, çünki itirilmiş vaxt ağır nəticələrə gətirib çıxara bilər.
Müddətin idarə edilməsi funksiyaları layihənin predmet sahəsinin idarə edilməsi funksiyaları ilə sıx şəkildə bağlıdır və o, özündə layihənin başlanma və tamamlanma vaxtını, onun davamlılığını, baş verən mühüm hadisə və yerinə yetirilən işlərin hər birini əks etdirir. O cümlədən, müddətin optimallığı, vaxt ehtiyatından düzgün istifadə olunması, işlərin başa çatması, mərhələlər və s. layihə ilə bağlı hallar üzrə proqnozların verilməsi, arzu olunmayan kənaraçıxmaların aradan qaldırılması üzrə qərarların qəbul edilməsi funksiyaları aiddir. Müddətin idarə edilməsi funksiyaları layihənin təhlili, təqvim planlaşdırılması, işlərin yerinə yetirilmə qrafikinə nəzarət və düzəlişlər prosesi vasitəsilə həyata keçirilir.
Müddətin idarə edilməsi funksiyalarının PMBOK (layihələrin idarə edilməsi üzrə əsas biliklər, ABŞ) üzrə ümumi məzmunu aşağıdakı kimi göstərilmişdir.
Müddətin idarə edilməsi:
 Layihədə müddətin planlaşdırılması:
▪ Strategiya
▪ Predmet sahəsi
▪ Məhdudiyyətlər
▪ İşlər ardıcıllığı
▪ Metodlar və prosedurlar
▪ Səlahiyyətlər və öhdəliklər
▪ Dəqiqlik
 Ehtiyatlara olan məhdudiyyətlər:
▪ Layihənin inkişafı üzrə məntiq
▪ Layihənin hərəkəti üzrə məntiq
▪ Ehtiyatların qiymətləndirilməsi
▪ Ehtiyatların paylanması
▪ Ehtiyatlararası əlaqələr
 Əsas hadisələr və işlər:
▪Təqvimlər və vaxtlar
▪ Müqavilələrin müddətləri
▪ Yoxlama tarixlər
▪ Əsas hadisələr
 Geniş plan:
▪ Müzakirə və təsdiq
▪ Əsas hadisələr və tarixlər
▪ İşlərin strukturu
▪ İşlərin yazılışı
▪ Planın açıqlanma səviyyəsi
▪ Müddətin ölçü vahidi
▪ Meyarlar
▪ İşlərin ölçü vahidi
 Qiymətləndirmə:
▪ Tərkibi
▪ İşlərin müəyyənləşdirilməsi
▪ Strukturun dekompozisiyası
▪ Açıqlama dərəcələri
▪ İşlərin həcmi
▪ Ehtiyatlar
▪ Tələbatın müəyyənləşdirilməsi
▪ Variantları
▪ Ehtiyatların kodlaşdırılması
▪ Mənimsəmə qrafiki
▪ Səmərəlilik dərəcələri
 Məhdudiyyət şərtləri:
▪ Ehtiyatların hərəkəti
▪ Ehtiyatlar, müddət və s. üzrə məhdudiyyətlər
▪ Daxili və xarici maneələr
▪ Ətraf mühitin təsirləri
 Təhlil:
▪ Alternativlər
▪ İcranın reallığı
▪ Proqnozlaşdırma
▪ Qüvvələrin səfərbərliyi
▪ Gözlənilməyən xərclər üzrə ehtiyatlar
 Təqvim planlaşdırılması:
▪ Real vaxt
▪ Yoxlama tarixlərinin vaxtının təyin edilməsi
▪ Müvəqqəti vaxt məhdudiyyətləri
▪ Prioritetlərin müəyyənləşdirilməsi
 Real ehtiyatlar:
▪ Məhdudiyyətlər
▪ Prioritetlər
▪ Ehtiyatlar (paylanması, hamarlanması, mənimsəmə).
 İşlərarası əlaqələr:
▪ Şəbəkə
▪ Verilənlərin redaktəsi
▪ Yalançı işlər
▪ Vaxt ehtiyatları
 Təhlil metodları:
▪ Yoxlama və interpretasiya
▪ Alternativin təhlili və emalı
▪ Hesablamalar
▪ Reqresiya təhlilləri
▪ Planların optimallaşdırılması
▪ Araşdırmalar və qəbuletmələr
▪ Əks əlaqələr
 Plan haqqında məlumatlar:
▪ Təsviretmə (qrafiklər, qantt qrafiki, şəbəkə qrafiki)
▪ Layihə iştirakçılarının nəzərinə çatdırmaq
 Layihədə müddətə nəzarət
 Layihədə nəzarət sisteminin təşkili:
▪ Nəzarət məsələləri
▪ Təminetmə
▪ Kənaraçıxmalar
▪ İnformasiya
▪ Təşkilati strukturlar
▪ Vəzifə bölgüsü
▪ Təsvir sistemləri
 Monitorinq və təhlil:
▪ Göstəricilər
▪ Hesablamalar
▪ Kənaraçıxmaların müəyyənləşdirilməsi
▪ Nəticələrin qiymətləndirilməsi
 Hesabatlar:
▪ Məqsəd və təyinetmələr
▪ Təfərrüat dərəcəsi
▪ Dövriyyələr
▪ Təqdimetmə
▪ Arxivləşdirmə
 Tənzimləmə
▪ Vəziyyətin təhlili və qiymətləndirilməsi
▪ Alternativ variantların axtarışı
▪ Alternativin seçilməsi və təhlili
▪ Qərarların hazırlanması və icraçıya çatdırılması
▪ Qərarların icrasının qiymətləndirilməsi


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin