Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihələrin İdarə Edilməsi Almaniya Təşkilatı



Yüklə 2,16 Mb.
səhifə15/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   11   12   13   14   15   16   17   18   ...   84
C fakepathmuhazire toplusu

Layihələrin İdarə Edilməsi Almaniya Təşkilatı: Layihələrin idarə edilməsi – bu layihənin həyata keçirilməsi üçün yeganə idarəetmə məsələsi, təşkilati, vasitəsi və texnikasıdır.
Ümumiyyətlə, “idarəetmə” anlayışı aşağıdakı məsələlər ilə bağlıdır:
Böyük həcmli məsələlər bir şəxs tərəfindən yerinə yetirilə bilmədiyi üçün mütəxəssislərin birləşməsi və əmək bölgüsü zərurəti yaranır.
 Məqsədə çatmaq üçün müəyyən resurslar tələb olunur.
 Məqsədə çatmağı təmin edən hərəkətlər “idarəetmə” və ya “menecment” adlanır. İdarəetmə sisteminin strukturu bir tərəfdən planlı şəkildə inkişaf edir, digər tərəfdən sistemin daxili və xaricində nəzərdə tutulmuş işlər, əlaqələr və qərar qəbuletmə prosesləri mütəşəkkil şəkildə qeydə alınır.
 Təşkilat sosial-texniki sistem kimi çıxış edərək idarəetmə məsələlərini həll etmək üçün məhdudiyyətlər qoyur.
Göründüyü kimi, bu göstərilən məsələlər nəinki bütün növ layihələrdə, hətta layihə tipli tədbirlərdə öz əksini tapa bilər.

4.2. Layihənin idarə edilməsinin subyektləri
Layihənin uğurla başa çatdırılmasında bütün iştirakçılar maraqlı olmalıdır. Onları xarakterizə edək:
İnvestorlar qoyduqları kapitalı və nəzərdə tutulan faizləri geri alırlar;
Sifarişçi layihə nəticəsindən səmərəli istifadə edir və müvafiq gəlir əldə edir;
Podratçı layihəni uğurla başa vurduğu üçün müqavilədə nəzərdə tutulan vəsaiti və gəlirdən öz payını götürür;
Subpodratçılar yerinə yetirilən iş və xidmətlərə görə əmək haqqı və müqavilədə nəzərdə tutulan vəsaitlər alırlar;
Layihənin rəhbəri və onun komandası müqavilə üzrə əmək haqqını, işin nəticəsinə görə müvafiq mükafat alır;
Hökümət orqanları bütün iştirakçılardan vergi tutur, o cümlədən müvafiq ictimai, sosial və ekoloji ehtiyacların ödənilməsini təmin edir;
İstehlakçılar onlara lazım olan mal və məhsulları əldə edir, bu məhsullara görə ödəniş layihə xərclərini kompensasiya edir və layihənin fəal iştirakçılarının əldə etdiyi gəliri təşkil edir;

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin