5.4. Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA) Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA) 1969-cu ildə ABŞ-da beynəlxalq peşəkar ictimai təşkilat kimi rəsmi qeydiyyatdan keçmişdir. “Layihələrin idarə edilməsində peşəkarlığın inkişaf etdirilməsi” PMİ-nin əsas şüarından biri olmuşdur. PMİ ABŞ və Kanada daxil olmaqla Şimali Amerika ərazisində fəaliyyət göstərir və Avropa, Afrika, Latın Amerikası, Asiya və Avstrealiyadan beynəlxalq üzvlərə malikdir. PMİ-nin iqamətgahı Pensilvaniya, Dreksl-Hildə yerləşmişdir. PMİ-nin üzvləri özündə üç zonanı birləşdirir:
I zona - tərkibinə Kanada, Almaniya (Frankfurt), Cənubi Afrika (Ravenmir) və Səudiyyə Ərəbistan daxildir. Bu beynəlxalq zona sayılır.
II zona - ABŞ, Şərqi Missisipi çayı
III zona - ABŞ, Missisipi çayının Qərb hissəsi İki tələbə şöbəsi - Monreal (Kanada) və Qərbi Karolina (ABŞ) Universiteti.
PMİ üzvləri layihələrin idarə edilməsi metod və vasitələrinin tətbiq olunduğu nəhəng layihələrdə və ictimai sahələrdə təmsil olunurlar. PMİ üçün layihələrin idarə edilməsinin ənənəvi tətbiq sahələri aşağıdakılardır: konsaltinq, inşaat, arxitektura, elektronika və kompüterləşmə, sənaye, xidmət sahəsi, müdafiə, dövlət, əczaçılıq, dağ-mədən sənayesi, neft kimyası, təhsil, aerokosmos, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və s.
PMİ öz qarşısına aşağıdakı vəzifələri qoymuşdur:
▪ layihələrin idarə edilməsində peşəkarlığın inkişafına stimul yaratmaq;
▪ layihələrin idarə edilməsinin kefiyyətini yüksəltmək və onun tətbiq sahələrini genişləndirmək;
▪ layihələrin idarə edilməsinin əsas prinsiplərini müəyyənləşdirmək və inkişaf etdirmək, layihələrin uğurla həyata keçirilməsi üçün beynəlxalq təcrübələrdən istifadə edilməsi;
▪ layihələrin həyata keçirilməsi və problemlərinin həlli üzrə ideya və təcrübə mübadiləsi məqsədilə forumların keçirilməsi;
▪ iqtisadiyyat, sənaye, biznes və sosial sferealarda layihələrin idarə edilməsinin səmərəli tətbiqinə stimul yaratmaq;
▪ layihələrin idarə edilməsi sistemləri üçün kompüter və proqram təminatı istifadəçiləri, hazırlayanları və tədarükçüləri arasında əlaqələrin yaradılması;
▪ təhsil və layihələrin idarə edilməsi sahələri üzrə mütəxəssislərin ixtisasının artırılması üzrə universitet və digər təhsil müəssisələri ilə əməkdaşlıq etmək;
▪ elmi müəssisələrdə, təhsil və sənaye müəssisələrində keçirilən layihələrin idarə edilməsi sahəsində elmi-tədqiqat və yeni işləri müdafiə etmək və həvəsləndirmək;
▪ digər ictimai və özəl təşkilatlar ilə müqavilələrin bağlanması.
PMİ üzvlərinin əsas gündəlik fəaliyyəti adətən ABŞ və Kanadanın böyük şəhərlərində yerləşən, yüksək təminatlı idarələrdə həyata keçirilir və informasiya mübadiləsi, təcrübə toplamaq üçün geniş imkanlar vardır. Bu şöbələr vaxtaşırı olaraq forum, seminar və görüşlər keçirir, ixtisaslı işçi qruplarını təşkil edirlər. PMİ böyük məlumat-nəşriyyat fəaliyyətini həyata keçirir.
ABŞ-da layihələrin idarə edilməsi sahəsində əsas nəşrlər PMİ ilə əlaqədardır. PMİ-nin əsas nəşrləri aşağıdakılardır:
▪ Project Management Journal (PMİ) – layihələrin idarə edilməsi üzrə PMİ jurnalı ildə 4 dəfə nəşr edilir, burada layihələrin idarə edilməsi üzrə əldə edilən elmi və təcrübi uğurlar işıqlandırılır, bu sahədə inkişaf problemləri üzrə geniş müzakirələr keçirilir.
▪ PM NETWORK – peşəkar PMİ jurnalı ildə 8 dəfə nəşr edilir. Bu jurnal PMİ-nin və onun şöbələrinin fəaliyyətini, layihələrin idarə edilməsi üzrə əldə etdiyi uğur və təcrübəni işıqlandırır.
PMİ-nin kadr siyasəti:
▪ layihələrin idarə edilməsi üzrə ali və orta ixtisas təhsili üzrə proqramların, o cümlədən ixtisasartırma kursları üzrə proqramların hazırlanması və təsdiqində iştirak edir;
▪ layihələrin idarə edilməsi üzrə ümumi bilikləri işləyib hazırlayır və inkişaf etdirir, yəni layihələrin idarə edilməsinin hədlərini, onun biliklər bazasını və əsas funksiyalarını müəyyənləşdirir;
▪ sertifikatlaşmanın standartlarını, şərt və qaydalarını hazırlayır, layihələri idarə etmək hüququ əsasında sertifikat verməklə imtahanlar keçirir.
PMİ hər il 3-4 günlük ümumi seminar və ya simpoziumlar keçirir. Simpoziumun proqramına adətən aşağıdakılar daxil edilir: xaricdən gələn qonaqların hesabatları, bölmələrin iclasları, ümumi müzakirə, ixtisaslaşmış işçi qrupları, məhsulların sərgisi, layihələrin idarə edilməsi üzrə uğur və xidmətlər. Simpoziumların əsərləri çap edilir. Simpoziumlarda bütün dünyadan minə qədər mütəxəssis iştirak edir.