Qruplararası münaqişə. Qruplarda müxtəlif məqsədlərin olması qruplararası münaqişəyə səbəb olur. Bu qruplara daxil olan şəxslər bir-birinin rolunu dərk etmirlər, ya da ehtiyat və vəsaitlər üstündə rəqabət aparırlar.
Təşkilatlararası münaqişə. Təşkilatlararası münaqişə iki təşkilat arasında yaranır. Qərb ölkələrinin iqtisadçılarının fikrinə görə bu münaqişə növü rəqabət aparan şirkətlər arasında baş verdiyindən təbii hesab edilir. Ancaq münaqişələr təşkilatlar və səhmdar qruplar arasında ehtiyatların paylanması ilə bağlı olaraq da yarana bilər.
6.2. Münaqişələrin idarə edilməsi modelləri.
Münaqişələrin idarə edilməsinin əsas beş modelini qısa şəkildə xarakterizə edək. Bunlar aşağıdakılardır:
▪ zəiflətmə;
▪ qayğı;
▪ kompromis;
▪ gücləndirmə;
▪ problemlərin həlli.
Bu modellər müəyyən şərtlər daxilində və müəyyən nəticəni əldə etmək üçün tətbiq edilsə də, ən səmərəli model “problemlərin həlli”dir. Qayğı və zəiflətmə yalnız vaxtı uzatmaq üçün faydalı olan müvəqqəti metodlar sayılır, kompromis, gücləndirmə vəproblemlərin həlli metodları isə birbaşa münaqişələrlə bağlıdır. Aparılan tədqiqatlar layihədə müxtəlif münaqişə modellərindən istifadənin səmərəliliyi haqqında bizim anlayışlarımızı genişləndirmişdir. Münaqişələrin idarə edilməsi üzrə mütəxəssislər qeyd etmişlər ki, “gücləndirmə və qayğı layihə meneceri ilə işçi heyyəti arasında meydana gələn münaqişələrin artmasına daha da stimul verir. Bu, o deməkdir ki, layihə meneceri münaqişənin artmasına daha da stimul verir. Bu, o deməkdir ki, layihə meneceri münaqişənin həlli üsulu kimi gücləndirmə və qayğını nə qədər çox tətbiq etsə, münaqişə bir o qədər çox meydana gələr”.
Konfrontasiya (problemin həlli), kompromis və zəiflətmə münaqişənin artmasına mənfi cəhətdən təsir göstərir, bu da o deməkdir ki, bu modellərə arxalanan layihə meneceri daha az dərəcədə münaqişə ilə rastlaşır. Mütəxəssislər bu modelləri səmərəlilik dərəcəsinə görə aşağıdakı şəkildə qruplaşdırmışlar (Cədvəl 6.1):
problemin həlli; 2. gücləndirmə; 3. kompromis; 4. zəiflətmə; 5. qayğı.
Cədvəl 6.1
Münaqişələrin idarə edilməsinin beş modeli
|
Model
|
Nəticə
|
1
|
qayğı.
|
Müvəqqətidir və problemləri həll etmir
|
2
|
zəiflətmə
|
3
|
kompromis
|
Problemin həllinə təminat verir
|
4
|
gücləndirmə
|
5
|
problemin həlli
|
Layihə meneceri bu beş modeldən müvafiqini seçməlidir. Layihə menecerləri ilə müdirlər arasında meydana gələn münaqişələri azaltmağın ən səmərəli metodu sərbəst ideya münaqişəsinə və yaxşı davranışa təmminat yardan kompromis modelidir. Layihə meneceri bu metodu layihə üzrə formal danışıqlarda və layihə iştirakçıları ilə qeyri-rəsmi danışıqlarda səmərəli şəkildə tətbiq edə bilər.
Layihə menecerləri ilə funksional bölmələr arasındakı münaqişələr nəzərdən keçirilərkən sonuncu üç model çox böyük əhəmiyyət daşıyır. Mütəxəssislər münaqişənin mənfi nəticələrini artırdığı üçün gücləndirməni zərərli metod kimi müəyyənləşdirmişlər. Qayğı münaqişəni azaltsa da, problemi həll etmir. Konfrontasiya (problemin həlli) münaqişənin təsir sahəsini böyütsə də, bu halda onun dərinləşməsinin qarşısını alır.
Münaqişələrin idarə edilməsi üzrə aparılan tədqiqat işlərinin nəticələrini nəzərdən keçirək (Cədvəl 6.2):
Cədvəl 6.2
Münaqişələrin idarə edilməsi üzrə aparılan tədqiqat işlərinin nəticələri
İdarəetmə üslubu
|
Nəticə
|
Şəxi maraqlar
|
Münasibətlər
|
Gücləndirmə
|
Qələbə- Məğlubiyyət
|
Yüksək
|
Aşağı
|
Zəiflətmə
|
Güzəşt-Məğlubiyyət
|
Aşağı
|
Yüksək
|
Qayğı
|
Məğlubiyyət-Qayğı
|
Yüksək
|
Aşağı
|
Kompromis
|
Kompromis
|
Orta
|
Orta
|
Problemin həlli
|
İnteqrasiya
|
Yüksək
|
Yüksək
|
Bu tədqiqatlardan aydın olur ki, münaqişələrin həlli üçün yalnız bu metod mövcud deyildir. Yaranan vəziyyətdən asılı olaraq, layihə meneceri münaqişələrin idarə edilməsinin müxtəlif metodlarından istifadə edilməsi imkanına malik olmalıdır. Zəiflətmə metodu hadisənin inkişafını ləngidir, buna görə də o, lazım olduğu təqdirdə tətbiq edilir. Qayğı metodu uzunmüddətli strategiya ola bilməz. Kompromis metodu isə layihə meneceri nəyəsə güzəştə getdiyi halda aparılan danışıqlarda tətbiq edilir. Gücləndirmə metodu tərəflərin biri qalib gəlib, digəri isə məğlub olduqda tətbiq edilir. Bu metoddan layihənin daxilində, layihə menecerinin səlahiyyətləri kifayət qədər yüksək olduqda istifadə edilir. Tariflərin xeyli dərəcədə yüksək olduğu və əlavə alternativin olmadığı şəraitdə gücləndirmə metodu tətbiq edilir. Problemin həlli bütün modelləri özündə birləşdirə bilər və kifayət qədər vaxtın olduğu, habelə münaqişəyə girən tərəflər arasında etibarın hökm sürdüyü şəraitdə ən yaxşı metod kimi tətbiq edilməlidir. Bu metodlardan istifadə etmək üçün layihə menecerinin əlində müvafiq hakimiyyət olmalıdır. Əlbəttə, layihə iştirakçıları qeyri-normal halları aradan götürərkən müəyyən təsirə məruz qalarsa layihə meneceri münaqişənin həllindən narahat olmaya bilər. Bu vəzifəni yerinə yetirmək üçün rəhbərliyin müvafiq məqsədlərə, bütövlükdə layihəyə münasibətə və onun iştirakçılarına qiymət verməsi tələb olunur.
Layihə komandasının iştirakçılarının təhsil səviyyəsi müxtəlif olduğu üçün layihə mencerindən adi funksional təşkilatçıdan fərqli olaraq rəhbər kimi fəal olmaq tələb edilir. Layihə meneceri layihədən irəli gələn məqsədlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Münaqişənin dağıdıcı gücünü azaldan və layihə menecerinin layihə iştirakçılarına təsir imkanlarını artıran iki müxtəlif faktorlar: etibar etmək və açıq ünsiyyət faktorları mövuddur. Ümumiyyətlə, dağıdıcı gücə malik münaqişələri aradan götürməyə imkan yaradan səkkiz faktor mövcuddur:
▪ münaqişələrin aydın şəkildə açıqlanması;
▪ lazımsız münaqişələrdən qaça bilmək bacarığı;
▪ digər şəxsləri dinləmək qabiliyyəti;
▪ sərt bəyanatlardan yan keçə bilmək bacarığı;
▪ bütün maraqlı tərəflərin cəlb edilməsi;
▪ tərəflərin mənafelərinin uyğunlaşdırılması;
▪ subyektiv fikrin ifadə edilməməsi;
▪ kompromisə nail olmaq və yekdil qərar qəbul edə bilmək qabiliyyəti. İş prosesində etimadın mövcudluğu açıq və səmimi münasibətə şərait yaradır, bu xasiyyət layihə meneceri tərəfindən layihənin ilk anından inkişaf etdirilməlidir.
Etimad daha çox işləyənlərin təmin edilməsinə və bu işə stimul verilməsinə təsir göstərir. Etimadın mövcudluğu münaqişənin böyüyərək inkişaf etməsinin qarşısını alır. Eyni zamanda ünsiyyət möhkəm və səmərəli olamlıdır.
Sədaqət, aydın göstərişlər, lazımi şəkildə irəli sürülmüş məqsədlər və etibarın yüksək səviyyəsi də öz növbəsində tərəflər arasındakı ünsiyyətin səmərəlilik şərtlərindən biridir. Beləliklə, münaqişələr əsas etibarilə insanın təbiətinə xas olan müasir cəmiyyətin mürəkkəbliyinin artıb inkişaf etməsi səbəbindən bütün təşkilatlar üçün səciyyəvidir.
Cəmiyyət mürəkkəbləşdikcə, klassik ənənəvi strukturların əhəmiyyəti azalır. Müasir işgüzar və digər dairələrə daha çox layihə və matris təşkilatları uyğun gəlir. Bu yeni təşkilatlara münaqişələrlə nəticələnən sürətli dəyişikliklər xasdır. Bu, daha çox layihə iştirakçıları üçün mövcud olan layihə mühitində özünü qabarıq şəkildə göstərir. Layihənin uğur qazanmasına görə məsuliyyət daşıyan layihə meneceri münaqişələrlə işləyə bilməlidir. Layihələrin idarə edilməsi faktiki olaraq münaqişəli vəziyyətdə proseslərin idarə edilməsi ilə bağlı bir elmi istiqamətdir.
Dostları ilə paylaş: |