Maddi –məsul şəxs- layihə çərçivəsində tələb olunan malların alınmasına cavabdehdir.
İstehsalat işəri üzrə koordinator- layihənin yerinə yetirilməsində və nəticənin əldə edilməsində hər hansı bir məhsulun istehsalı ilə bağlı işləri idarə edir və onlara nəzarəti həyata keçirir.
Kontraktlar üzrə mütəxəssis- sifarişçilər ilə münasibətləri tənzimləyərək kontrakta əsasən yerinə yetiriləcək işlərin məsuliyyətini öz üzərinə götürən layihə iştirakçısını təmsil edən şəxsdir. Kontrakt nəyinki layihəni tam yerinə yetirmək üçün hətta onun hər hansı bir hissəsinin də yerinə yetirilməsi üçün dəyərinə bağlana bilər. Kontaklara cavabdeh şəxsin əsas məqsədi maksimum gəlirin əldə edilməsidir. Kontaklara cavabdeh şəxsin əsas vəzifəsi işçilərin seçilməsi və onlarla müqavilənin bağlanması, onların içlərinin kordinə edilməsi, icraçıları işə qəbul edib onlara əmək haqqı verilməsindən ibarətdir. Kontrakta cavabdeh olan şəxs layihənin rəhbəri və aktiv iştirakçılarından biri ola bilər.
Baş podratçı- sifarişçi tərəfindən təklifləri qəbul olunan hüquqi şəxsdir. Kontrakta əsasən işlərin yerinə yetirilməsinə cavabdehlik daşıyır.
Tədarükçü – kontrakt əsasında işlərin müxtəlif növlü mallarla təchiz edilməsinə cavabdeh olan şəxsdir.
Lisenziya idarəsi- torpaq sahəsindən istifadəyə, ticarətə və digər müəyyən növlü işlərə icazə vermək üçün nəzərdə tutulan təşkilatdır.
Hakimiyyət orqanları - layihənin yerinə yetirilməsində ekoloji, sosial və digər ictimai və dövlət tələbləri ilə çıxış edərək layihələrin iştirakçılarından vergilərin tutulmasına marağı olan tərəfdir.
Torpaq sahəsinin sahibi - layihə üçün ayrılmış torpaq sahəsinin sahibidir. Sahib hüquqi və ya fiziki şəxs olaraq müqavilə əsasında sifarişçiyə torpaq sahəsindən istifadəetmə hüququ verir.
İstehsalçı - əsas fondun hesabına layihənin son məhsuluna cavabdeh olan şəxsdir. Məhsulun satışı nəticəsində gəlirin əldə edilməsi onun əsas məqsədlərindən biridir. İstehsalçı layihənin bütün fazalarında iştirak edir, layihə iştirakçıları ilə əməkdaşlıq edir.
Alıcı –layihənin son məhsulunu alan, ondan istifadə edən, tələbləri formalaşdıran və ona olan ehtiyacı müəyyənləşdirən hüquqi və fiziki şəxsdir. Alıcının hesabına layihəyə çəkilən xərc ödənilir, hətta layihə iştirakçıları əlavə olaraq öz gəlirlərini də əldə edə bilərlər.