Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Mövzu 3.Layihənin quruluşu və idarə edilməsində



Yüklə 2,16 Mb.
səhifə8/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   4   5   6   7   8   9   10   11   ...   84
C fakepathmuhazire toplusu

Mövzu 3.Layihənin quruluşu və idarə edilməsində
struktur modellərinin tətbiqi
3.1.Layihənin quruluşu və idarə edilməsində struktur modelləri
3.2. Layihənin həyat dövrü
3.3. Layihənin fazaları
3.4. Layihənin elementləri və xüsusiyyətləri
3.5. Layihənin əsas xarakteristikaları.

3.1.Layihənin quruluşu və idarə edilməsində struktur modelləri

Layihənin məqsədini, tərkib hissələrini və heyyətini formalaşdırmaq, planlaşdırma və nəzarət prosesini həyata keçirmək üçün onun quruluşunu (strukturunu) müəyyənləşdirmək lazımdır. Müxtəlif ierarxik səviyyələrdə təsvir edilmiş bir-birilə əlaqəli olan elementlər və proseslər çoxluğuna layihənin strukturu deyilir. Layihənin tam həyat dövründə onun idarə edilməsi üçün müxtəlif struktur modellər qurulur. Bu modellər layihənin strukturu əsasında qurulur. Beləliklə, layihənin strukturu layihənin idarə edilməsinin müasir metodologiyasında əsas elementlərdən biri sayılır. Layihələrin strukturu dekompozisiya edilmiş ierarxiya şəklində təsvir edilir.


Layihələrin strukturu aşağıdakı tələblərə cavab verməlidir:
1. Layihələrin dekompozisiya edilmiş ierarxiyasının hər bir səviyyəsindəki bütün elementlər müəyyən qiymətlər ilə əhatə olunmalıdır.
2. Layihənin ierarxiyasının hər bir səviyyəsindəki onun elementlərini xarakterizə edən parametrlərin sayı eyni olmalıdır.
3. Layihənin ierarxiyasının ən aşağı səviyyəsindəki elementlər (işin həcmi, qiyməti, tələb olunan resurslar, icraçılar, digər elementlər ilə əlaqələri və s.) daha da ətraflı xarakterizə olunmalıdır.
Layihədəki iştirakçılar arasında münasibətlərin qurulması və sənədləşmə işləri onun strukturu əsasında aparılır. Bu səbəbdən kiçik struktur dəyişikliklərinə baxmayaraq layihənin həyat dövründə əvvəldən axıra kimi qəbul edilmiş struktur istifadə edilir. Layihə, strukturlaşmış bir obyekt kimi bütün formal qaydalara və məntiqi fikirlərə tabe olaraq layihələrin idarə edilməsi metodlarının əsasını təşkil edir.
Layihənin strukturlaşdırılması üçün əsas şərtlərdən biri struktur elementlərinin kodlaşdırılmasıdır. Bu kod layihənin bütün sənədlərində öz əksini tapmalıdır. Bu sənədlərə texnoloji, iqtisadi, maliyyə, təşkilati, idarəetmə və s. digər növlü sənədlər daxildir. Layihənin elementlərinin struktur kodu onun qiymət, vaxt, ehtiyat, icraçı və s. digər elementləri kimi hesablama prosedurunu formalaşdırır və bütün iştirakçıları tələb olunan informasiya ilə təmin edir.
Layihənin strukturu bir neçə səviyyələrə parçalanaraq müxtəlif aspektlərdə təsvir edilir. Bundan başqa layihənin idarə edilməsi üçün onun ana strukturu əsasında bir neçə digər struktur modellər qurulur. Struktur modellər dekompozisiya prinsipinə görə bir-birindən fərqlənirlər. Bunlardan daha geniş yayılmış modellər aşağıdakılardır:
icraedici struktur;
 funksional struktur;
 qarışıq struktur.
İcraedici struktur modellər funksiyaların yerinə yetirilməsi prinsipinə əsasən qurulmuşdur və adətən layihənin ilk mərhələlərində müəyyənləşdirilir və layihənin ümumi görünüşünü təsvir edir. Layihənin strukturunun qurulmasında bir neçə prinsiplər mövcuddur:
1. Struktur model layihəni yerinə yetirmək üçün nəzərdə tutulan işlər çoxluğudur. Bu çoxluq daha da çox layihənin dekompozisiya ierarxiyasının aşağı səviyyəsini əhatə edir. Qərb ölkələrində bu modellər – Work Break-down Structure (WBS) adlanır.
2. Layihənin miqyasından, mürəkkəbliyindən asılı olaraq onun strukturunun ierarxiya səviyyəsinin sayı müxtəlif olur. Adətən, ierarxiya 6 səviyyədən 8 səviyyəyə qədər olur. Lakin bir neçə ümumi qaydalara əsasən layihənin dekompozisiya olunmuş struktur modelinin (WBS) yuxarı səviyyəsi onun funksiyalarını, aşağı səviyyəsi isə sadəcə olaraq işləri təsvir edir.
Layihənin ümumi struktur modeli aşağıdakı kimi təsvir edilir:
 Ümumi proqram – layihənin digər layihələr içərisində rolunu və yerini müəyyənləşdirir.
 “Layihə - Ümumi tapşırıq – Tapşırıqlar” səviyyəsi layihənin funksional hissəsini xarakterizə edir.
 “İşlər kompleksi – İş” səviyyəsi isə işlərin yerinə yetirilməsinə aiddir və bu səviyyədən layihə rəhbəri işlərin yerinə yetirilməsi haqqında məlumat alır.
Layihələrin idarə edilməsində strukturlaşma prinsipi əsas yer tutur, məsələn:
 məqsədlər strukturu;
 qiymətlər strukturu;
 risk elementlərinin strukturu;
 məsuliyyət bölgüsü strukturu;
 şəbəkə modelləri strukturu.
Layihənin uğurla yerinə yetirilməsi üçün əsas şərtlərdən biri onun düzgün strukturlaşdırılmasıdır. Struktur modellər layihənin tam həyat dövründə müxtəlif məsələlərin həllində istifadə edilir. Layihənin idarə edilməsi prosesində adətən aşağıdakı hallarda bu modellərdən istifadə edilir:
layihənin məqsədinin təhlili;
 layihənin yerinə yetirilməsində alternativ qərarların seçilməsi, təhlili, qiymətləndirilməsi və qurulması;
 layihənin modellər əsasında əvvəlcədən planlaşdırılması;
 işlərin qiymətini, vaxtını və ehtiyatlarını müəyyənləşdirmək;
 layihənin ümumi təhlili;
 layihənin biznes planı;
 layihənin təşkiletmə mexanizmi;
 layihə sənədlərinin sistemləşdirilməsi;
 layihənin təqvim planı;
 layihədə nəzərdə tutulan maşın və mexanizmlərin hərəkət qrafiki;
 kontraktların bağlanması və idarə edilməsi;
 riskin təhlili və nəzərə alınması;
 işin operativ planlaşdırılması;
 layihənin monitorinqi;
 layihə işlərinin tənzimlənməsi;
 layihə təminatlarının idarə edilməsi;
 icra modelləri və qrafiklərinin tərtibatı, nəticələrin təhlili v mövcud təcrübələrdən istifadə edilməsi.
3.2. Layihənin həyat dövrü
İstənilən layihə yarandığı gündən bağlandığı günə qədər bir neçə mərhələlərdən keçir. Bu mərhələlər birlikdə layihənin həyat dövrünü təmsil edir. Həyat dövrünün sxemi aşağıdakı kimidir:
- konsepsiya (məqsədin müəyyən eduilməsi);
- işlənmə dövrü;
- yerinə yetirilmə dövrü;
- bağlanma dövrü.
Həyat dövrü əsasən üç hissəyə bölünür: fazalar, dövrlər, mərhələlər. Qəbul edilmiş qaydalara əsasən bu üç hissənin heç birinin sayı olmur və ardıcıllıq prinsipi burada yoxdur. Bu xassələr layihənin xüsusiyyətindən, komanda heyyətinin peşəkarlığından və onun yaranma şəraitindən asılıdır. Layihələrin inkişaf prosesinin məntiqi və əsas tərkib hissəsi adətən bütün layihələr üçün eyni olur.
Layihələrin yerinə yetirilmə prosesi vaxt parametrinə əsasən aşağıdakı kimidir: hər bir layihənin başlanğıcı və sonu vardır və bu müddətdə müəyyən dəyişiklikləri icra etmək üçün qüvvələrin tətbiq olunması tələb olunur.
Ümumiyyətlə, layihə sıfırdan başlayır və sıfırda bitir. Layihə əsasən dörd inkişaf fazasını keçir:
Konsepsiya fazası (bu ilkin fazadır).
 Hazırlıq fazası.
 İcra fazası (bu layihənin yerinə yetirilmə fazasıdır).
 Tamamlanma fazası (bu layihənin son fazasıdır).
Layihənin həyat dövrünün özünəməxsus xüsusiyyəti vardır, yəni ilkin fazalarda sərf olunan qüvvə monoton, icra fazasında kəskin artım müşahidə olunur və son fazada birdən-birə aşağı enərək sıfıra bərabər olur. Həyat dövründə layihənin müxtəlif fazalarından keçməsi üçün xüsusi bilik, idarəetmə metodları və vasitələri tələb olunur. Hər bir layihə müəyyən mühitə malikdir. Layihələrin ətraf mühitində ona ən yaxın layihə “ana təşkilat”dır. Layihənin yerinə yetirildiyi təşkilata bu layihənin “ana təşkilatı” deyilir.
Layihə hər hansı bir məhsulun istehsalı ilə bağlı olduğu üçün o hər şeydən əvvəl məhsulun həyat dövrü ilə sıx bağlıdır. Beləliklə, “layihənin öz həyat dövrü”, “layihənin ana təşkilatı” və “məhsulun həyat dövrü” hər biri ayrı ayrılıqda dəqiq sərhədə və xüsusi qarşılıqlı əlaqələrə malikdirlər.
Layihənin fəaliyyət sahəsini, idarəetmə konsepsiyasını, rəhbərini və komanda heyyətini təyin etmək üçün əsas şərtlərdən biri onun sərhədinin dəqiqləşdirilməsidir. Sərhədin dəqiq olunası onun üç həyat dövrlərinin hər birinin dəqiq olmasını tələb edir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin