Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Ilkin uçotun vəziyyətinin və sənəd dövriyyəsinin təşkilinin auditi



Yüklə 465,1 Kb.
səhifə40/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   36   37   38   39   40   41   42   43   ...   82
Audit yeni

2. Ilkin uçotun vəziyyətinin və sənəd dövriyyəsinin təşkilinin auditi
Müəssisənin və onun daxili struktur bölmələrinin fəaliyyəti haqqında vaxtında və obyektiv uçot informasiyalarının əldə edilməsi mühasibat uçotunun və daxili auditin səmərəli təşkili şəraitində mümkündür.
Uçot prosesinin son mərhələsi olmaqla hesabat cari uçot, mühasibat, statistika və operativ-texniki uçot əsasında tərtib edilir, dəyər və natural göstəricilərinin kəmiyyət və keyfiyyət xarakteristikasını özündə əks etdirir.
Adətən, müəssisədə mühasibat uçotunun təşkili dedikdə, onun təsərrüfat və maliyyə fəaliyyəti, istehsal və maliyyə resurslarından, xüsusi və cəlb edilmiş vəsaitlərdən səmərəli istifadə edilməsi üzərində nəzarətin həyata keçirilməsi haqda dürüst və vaxtında informasiyaların əldə olunması məqsədi ilə uçot prosesinin qurulması sistemi başa düşülür. Bu sistemə mühasibat uçotu hesablarının iş planının qurulması, analitik uçot registrlərinin seçilməsi, sənədlərin saxlanması qaydasının müəyyən edilməsi daxildir və müəssisənin baş mühasibinin qanunvericilikdə nəzərdə tutulmuş hüquq, vəzifə və məsuliyyətinin icra olunmasını təmin etməlidir.
Mühasibatlıqda kargüzarlıüın təşkilinin yoxlanılması zamanı ilkin sənədlərin və uçot registrlərinin saxlanılmasına xüsusi diqqət verilməlidir. Belə ki, bütün yazılışlar mühasibat uçotunda ilkin sənədlər əsasında aparılır, sonra həmin məlumatlar uçot registrlərinə köçürülərək sistemləşdirilir (mühasibat hesablarına yazılır). Hesabat dövrünün sonunda uçot registrlərinin məlumatları əsasında müəssisənin hesabatı tərtib edilir.
Uçota yalnız düzgün sənədləşdirilmiş (bütün rekvizitlər mütləq doldurulmuş) sənədlər qəbul edilir. Mühasibatlıüa daxil olan bütün ilkin sənədlər mütləq forma üzrə sənədlərin rəsmiləşdirilməsinin tamlıüı və düzgünlüyü, rekvizitlərin doldu­rulması və məzmununa görə əməliyyatların qanuniliyi, ayrı-ayrı göstəricilər ara­sında məntiqi əlaqə yoxlanılmalıdır. Sənədi tərtib etmiş və imzalamış şəxs onun vaxtında və keyfiyyətli tərtibinə, məlumatların dürüstlüyünə, uçot registrlərində yazılış aparmaq üçün müəyyən edilmiş vaxtda təqdim olunmasına görə məsuliy­yət daşıyır.
Ilkin kassa və bank sənədlərində düzəlişlərin edilməsinə icazə verilmir. Mühаhasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müəssisələr sərbəst olaraq əməliyyatların sənədləşdirilməsinin, sənəd dövriyyəsi, mühasibat uçotu registrlərinin aparılmasının daxili qaydalarını müəyyən edir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin