satıcı arasında razılaşdırılır. Bağlanmış kontraktlar belə halda daha çox fərdi xarakter
daşıyır. Bu cür müqavilələrin bağlanılmasında əsas məqsəd alıcılar üçün real
əmtəələrin tədarük edilməsi, satıcılar üçün isə real əmtəələrin tezliklə
reallaşdırılmasıdır. Alqı-satqı aktı zamanı ödəniş şərtlərinə qiymətlərin dəyişməsi
heç bir təsir etmir. Əsas məhsullar (hər şeydən əvvəl, kənd təsərrüfatı məhsulları)
üzrə qiymətlərin daimi olaraq dəyişməsi birja iştirakçılarını yeni alqı-satqı
əməliyyatlarını axtarmağa məcbur etdirir. Müəyyən müddət ərzində daşınıb
gətirilməsi təmin olunmaqla real əmtəələr üzrə alqı-satqı əməliyyatları bu yolla
formalaşdırılır. Əksər birjalarda alqı-satqı aktlarının bu növü
(formalaşdırılmağa
başlandığı birinci ildə) akt forvard və ya şipment adını aldı.
İlk dəfə olaraq bu cür əməliyyat 1730-cu ildə Yaponiyanın “Doyama” düyü
briqadasında həyata keçirildi. Əməliyyat kontraktasiya adını aldı. ABŞ-ın
qarğıdalının ticarəti üzrə Çikaqo ticarət birjasında bağladığı kontraktların ilk dəfə
adı qoyuldu
(forvard kontraktı). Belə ki, taxılı fermerdən qışın əvvəlində alan tacir
onu o vaxta qədər saxlayır ki, qarğıdalını əlverişli şəraitdə daşımaq mümkün olsun.
Lakin bu müddət ərzində qiymət dəyişə bilər. Qiymətin enmə riskini azaltmaq üçün
tacir Çikaqoya gəlir və qarğıdalını emal edənlərlə kontrakt bağlayır. ABŞ-da bu cür
kontraktların bağlanma tarixi 13 mart 1851- ci ilə təsadüf edir.
Dostları ilə paylaş: