Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Birjanın idarə edilməsinin təşkilati strukturu



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə70/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   66   67   68   69   70   71   72   73   ...   115
C fakepathmuhazire esas (1)

3.Birjanın idarə edilməsinin təşkilati strukturu 
Əmtəə birjası - müstəqil ixtisaslaşmış institut olub hüquqi şəxs sayılır. Əmtəə 
birjası kommersiya vasitəçilərinin könüllü birliyinin məcmusunu ifadə edir. Əmtəə 
birjası həm də müvafiq qaydalara əməl edilməklə xüsusi yerlərdə ticarət 
əməliyyatlarının həyata keçirilməsi üçün xidmət strukturlarının maraqlarını özündə 
birləşdirir. Bütün ölkələrin əmtəə birjası hüquqi formalarda yaradılan rəsmi olaraq 
qeydiyyatdan keçirilmiş birliklər hesab edilir. Burada məhdud məsuliyyətli 
yoldaşlıq formasından, səhmdar cəmiyyətlərindən, digər məhdud məsuliyyətli 
cəmiyyətlər formasından istifadə edilir.
Birja əməliyyatlarına olan münasibətə gəldikdə isə birjanın bütün üzvləri 
bərabər hüquqlu sahibkar kimi çıxış edirlər. Qoyulmuş əmanətlərin və əldə edilmiş 


gəlirlərin mülkiyyətçiləri mövcuddur. Bunları isə (cəmiyyətlər və assosiasiyalar) 
kollektiv yaradır. Birjanın əməliyyatlarını Qərbi Avropa ölkələrində fiziki və hüquqi 
şəxslər, ayrı-ayrı vətəndaşlar və təşkilatlar, spesifik formada ticarət mənfəəti əldə 
edən - komissiyonlar, birja və broker yığıncaqları formalaşdırır. 
Birjanın mülkiyyəti (hüquqi şəxs kimi) aşağıdakılardan ibarətdir:
-əmlak və əmanətlər. Nizamnamə kapitalı miqdarında birja üzvləri tərəfindən 
verilir;
- birjaların fəaliyyət müddətində birja üzvləri tərəfindən yaradılan məhsul və 
xidmətlər; 
-birja üzvlərinin üzvlük haqqları, əməliyyatdan toplanan gəlirlər, 
xidmətlərin göstərilməsinə görə haqlar, qaydaların pozulmasına
görə cərimələr; 
- öz hesabına əldə edilmiş sair əmlak.
Birjanın rəhbər orqanları. Fyuçers birjasının əksəriyyəti - öz üzvləri 
vasitəsi ilə idarə olunan korporasiyadan ibarətdir. Birja rəhbərliyi inzibati idarəetmə 
sistemini həyata keçirir.
Yuxarı ali orqan - birja üzvlərinin ümumi yığıncağı hesab edilir. Birja 
üzvlərinin ümumi yığıncağı qanunverici orqan hesab edilir. Birjanın direktorlar 
şurasının sədri müstəqil olaraq seçilir. Direktorlar şurası daha çox icra funksiyasını 
yerinə yetirirlər. Direktorlar şurasının üzvləri dörd kateqoriyanı özündə əks etdirir:
- real əmtəənin ticarətçiləri;
- birjanın ixtisaslaşmış seksiyasında brokerlər;
- komissiyon evləri;
- mətbuatla əlaqə. 
Birja siyasətini direktorlar şurası tərəfindən yaradılan birja komitəsi həyata 
keçirir. Birja komitəsi rekomendasiyalar verir, direktorlar şurasına kömək edir, 
həmçinin birjanın formalaşması üçün konkret vəzifələr yerinə yetirirlər.
Birjalarda cari idarəetmə orqanlarının vəzifələrini icraiyyə komitəsi həyata 
keçirir. Birjanın İcraiyyə Komitəsinə prezident rəhbərlik edir. Prezident direktorlar 
şurası tərəfindən təyin edilir. İdarəetmə personalından əlavə hər bir birja öz işçi 
ştatına malikdir. Birjanın muzdlu personalı heç bir ticarət və səsvermə hüququna 


malik deyildir. Personalın say tərkibi və onun vəzifələri direktorlar şurası tərəfindən 
müəyyənləşdirilir. 
Birjanın normal fəaliyyəti üçün komitələrin fəaliyyəti mühüm əhəmiyyətə 
malikdir. Əsas birja komitəsinə aşağıdakılar aid edilir: 
-yeni üzvlərin qəbul edilməsi üzrə komitə; 
-arbitraj komitəsi; 
-işgüzar etika komitəsi; 
-müşahidəçi komitə; 
-nəzarət komitəsi; 
-yeni məhsullar üzrə fəaliyyət göstərən komitə; 
-rinq komitəsi; 
-kontrakt komitəsi; 
-balanslaşdırma komitəsi; 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin